Peyğəmbəri-Əkrəmdən (s) 14 hədis
Mьəllif: admin1
Tarix: 18-02-2023, 10:27
Peyğəmbəri-Əkrəmdən (s) 14 hədis
1-Behiştə getmək istəyənlər...

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

مَن أحَبَّ أن يَحيا حَياتي ويَموتَ ميتَتي ويَدخُلَ الجَنَّةَ الَّتي وَعَدَني رَبّي فَليَتَوَلَّ عَلِيَّ بنَ أبي طالِبٍ ووَرَثَتَهُ الطّاهِرينَ، أئِمَّةَ الهُدى ومَصابيحَ الدُّجى مِن بَعدي، فَإِنَّهُم لَن يُخرِجوكُم مِن بابِ الهُدى إلى بابِ الضَّلالَةِ

“Hər kəs mənim kimi yaşayıb, mənim kimi ölmək və Rəbbimin mənə vəd etdiyi Behiştə getmək istəyirsə, Əli ibn Əbutalibə, onun pak varislərinə – məndən sonrakı hidayətçi və qaranlıqların çıraqları olan imamlara tabe olsun. Çünki onlar sizi heç vaxt doğru yoldan azdırıb, zəlalətə salmazlar.” (“Kənzul-ummal”, c.11, səh.611, hədis 32960.)

2-Dünyanın sərvərləri və axirətin padşahları

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

يا عَلِيُّ أنَا وأنتَ والأَئِمَّةُ مِن وُلدِكَ سادَةٌ فِي الدُّنيا ومُلوكٌ فِي الآخِرَةِ، مَن عَرَفَنا فَقَد عَرَفَ اللّهَ، ومَن أنكَرَنا فَقَد أنكَرَ اللّهَ عَزَّوجَلَّ

“Ya Əli, mən, sən və nəslindən olan imamlar dünyanın sərvərləri və axirətin padşahlarıyıq. Bizi tanıyan, şübhəsiz, Allahı tanımış və bizi inkar edən isə, şübhəsiz, Allah-Taalanı inkar etmişdir. (“Əl-əmali”, Şeyx Səduq, səh.523, hədis 6.)

3-Cəhənnəmin sipəri

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

وَلايَتي ووَلايَةُ أهلِ بَيتي أمانٌ مِنَ النّارِ

“Mənim və Əhli-beytimin vilayəti cəhənnəm oduna qarşı sipərdir.” (“Əl-əmali”, Şeyx Səduq, səh.383, hədis 8.)

4-Peyğəmbərlər kimi yaşayıb, şəhidlər kimi ölmək istəyənlər...

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

مَن أحَبَّ أن يَحيا حَياةً تُشبِهُ حَياةَ الأَنبِياءِ ويَموتَ ميتَةً تُشبِهُ ميتَةَ الشُّهَداءِ ويَسكُنَ الجِنانَ الَّتي غَرَسَهَا الرَّحمنُ فَليَتَوَلَّ عَلِيًّا وَليُوالِ وَلِيَّهُ وَليَقتَدِ بِالأَئِمَّةِ مِن بَعدِهِ، فَإِنَّهُم عِترَتي خُلِقوا مِن طينَتي. اللّهُمَّ ارزُقهُم فَهمي وعِلمي، ووَيلٌ لِلمُخالِفينَ لَهُم مِن اُمَّتي، اللّهُمَّ لا تُنِلهُم شَفاعَتي

“Hər kəs peyğəmbərlər kimi yaşayıb, şəhidlər kimi ölmək və mehriban Allahın becərdiyi Cənnət bağlarında sakin olmaq istəyirsə, Əliyə tabe olsun, onun dostunu sevsin və ondan sonrakı imamlara iqtida etsin. Çünki onlar mənim xanədanımdır və zatımdan yaradılmışlar. İlahi, mənim zəka və biliyimi onlara əta et! Vay olsun ümmətimdən onlarla müxalifətçilik edənlərə! İlahi, mənim şəfaətimi onlara nəsib etmə!” (“Əl-kafi”, c.1, səh.208, hədis 3.)

5-Duanın qəbulunda qidanın təsiri

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

مَنْ أَحَبَّ أَنْ یُسْتَجابَ دُعائُهُ فَلْیُطَیِّبْ مَطْعَمَهُ وَ مَکْسَبَه

“Duasının qəbul olmasını istəyən şəxs qıdası və gəlirini pak (halal) etməlidir.”

“Səfinətul-bihar”, c.1, səh. 448-449.

6-İnsanların ən xoşbəxti

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

اَسْعَدُ النّاسِ مَنْ خالَطَ كِرامَ النّاسِ

“İnsanların ən səadətlisi onların xeyirxahları ilə oturub-duranıdır.” (“Biharul-ənvar”, c.74, səh.185.)

7-Pis və yaxşı sözü faş edənlər…

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

مَنْ سَمِعَ فاحِشَةً فَاَفْشاها كانَ كَمَنْ اَتاها، وَمَنْ سَمِعَ خَيْراً فَاَفْشاهُ كانَ كَمَنْ عَمِلَهُ

“Pis bir sözü eşidib faş edən, onu yerinə yetirən kimi və yaxşı bir söz eşidib onu faş edən də onu yerinə yetirən kimidir.” (“Vəsailuş-şiə”,c.8, səh.609.)

8-Fitnələr zamanı Qurana üz tutun…

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

فَإِذَا الْتَبَسَتْ عَلَيْكُمُ الفِتَنُ كَقِطَعِ اللَّيْلِ المُظْلِمِ فَعَلَيْكُمْ بِالْقُرآنِ فَإنَّهُ شافِعٌ مُشَفَّعٌ وَمَاحِلٌ مُصَدَّقٌ وَمَنْ جَعَلَهُ أَمَامَهُ قَادَهُ إِلَى الجَنَّةِ وَمَنْ جَعَلَهُ خَلْفَهُ سَاقَهُ إِلَى النَّارِ

“Fitnələr qaranlıq gecə tək sizi bürüdüyü vaxt Qurana üz tutun. Çünki Quran, şəfaəti qəbul olunan şəfaətçi, şikayəti qəbul olunan şikayətçidir. Quran onu özünə rəhbər tutanı Behiştə, ona arxa çevirəni isə Cəhənnəmə aparar.” (“Kafi”, c.2, səh. 598.)

9-Günahları yuyan əməllər

Bir kişi Peyğəmbəri-Əkrəmdən (s): ما الذي يَمحو عَنّي الخَطايا؟ (Günah və xətalarımı məhv edən əməl hansıdır?) – deyə soruşduqda, o Həzrət buyurdu:

الدُّموعُ و الخُضوعُ و الأمراضُ

“Göz yaşları, (Allah dərgahında) təvazökarlıq və xəstəliklər.” (“Mizanul-hikmət”, c.4, səh.295, hədis 6880.)

10-Bədbəxtlik nişanələri

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

مِن علاماتِ الشَّقاءِ: جُمودُ العَينِ، و قَسوَةُ القلبِ و شِدَّةُ الحِرصِ في طَلَبِ الرِّزقِ، و الإصرارُ على الذَّنبِ

“Göz yаşının qurumаsı, qәlbin daşlaşması, ruzi qazanmaqda hədsiz hərislik və günaha israr etmək bәdbәхtlik nişаnәlərindəndir.” (“Əl-xisal”, Şeyx Səduq, səh.96, hədis 243.)

11-Mələklərin salamladığı zümrə

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

لِلجَنَّهِ بابٌ یُقالُ لَهُ: بابُ الْمُجاهِدینَ یَمْضُونَ اِلَیهِ فَاِذا هُوَ مَفتُوحٌ وَ هُمْ مُتَقَلِّدوُنَ بِسُیوفِهِمْ وَ الْجَمْعُ فِى الْمَوقِفِ وَ الْمَلایِکَهُ تُرَحِّبُ بِهِمْ

“Behiştin “mübarizlər” adlı bir qapısı var ki, digər insanlar “hesab” üçün intizarda olduqları halda, mübariz insanlar bellərində qılınc həmin qapıya doğru hərəkət etdikdə, qapının üzlərinə açıq olduğunu görərlər və mələklər də onlarla salam deyərlər.” (“Kafi”, c.5, səh.2, “cihad” fəsli, hədis 2.)

12-Behiştə doğru...

Bir nəfər Peyğəmbəri-Əkrəmə (s) dedi: “Ya Rəsuləllah, mənə bir iş öyrət ki, onu yerinə yetirməklə Behişt əhlindən olum!”

Həzrət buyurdu:

قُلْ رَبِّي اَللَّهُ ثُمَّ اِسْتَقِمْ

“De: Mənim Rəbbim Allahdır, sonra onun üstündə möhkəm dayan!”

Yenə soruşdu:

يا رسولَ اللَّهِ، ما أخوَفُ ما تخافُ عليَّ؟

“Ya Rəsuləllah! Çəkinməli olacağım ən qorxulu şey nədir?”

فأخذَ بلسانِ نفسِهِ ثمَّ قالَ : هذا

Həzrət əli ilə dilini tutub: “Bu!” – deyə buyurdu. (“Təfsiri-Razi”, c.10, səh.22.)

13-İnsanı dəyərləndirən iki əməl

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

لا تَنظُروا إلی کثرَةِ صَلاتِهِم وَ صَومِهِم، وَ کثرَةِ الحَجِّ، وَ المَعروفِ، وَ طَنطَنَتِهِم بِاللَّیلِ، وَلکنِ انظُروا إلی صِدقِ الحَدیثِ وَ أداءِ الأمانَةِ

“İnsanların namazının, orucunun, həccinin, yaxşı işlərinin və gecə zümzümələrinin çoxluğuna baxma; əksinə onların düz danışığı və əmanətdarlığına bax!” (“Biharul-ənvar”, c.68, səh.9, hədis 13.)

14-Bu 3 dəstəyə Behişt haramdır

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

حُرِّمَتِ الجنّةُ على المَنّانِ، و البَخيلِ، و القَتّاتِ

“Behişt minnət qoyana, xəsisə və sözgəzdirənə haramdır.” (“Vəsailuş-şiə”, c.9, səh.452.)

Maide.Az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031