İslamda sevincin əhəmiyyəti varmı?
Mьəllif: admin1
Tarix: 10-03-2021, 20:59
İslamda sevincin əhəmiyyəti varmı?
Müqəddəs İslam dinində sevincin və şadlığın xüsusi yeri vardır. Eyni zamanda yersiz gülmək, qəhqəhə çəkmək dinimiz tərəfindən məzəmmət olunmuşdur.

Ona görə də deyə bilərik ki, İslam dini həqiqi şadlıq ilə yanlış şadlıq arasında fərq qoymağı bacaran dindir. İslam dini o şadlığı bəyənir ki, insanların qəlbini şad etsin.

Eyni zamanda insanların kəramət və şəxsiyyətləri qorunsun. Ona görə də qəhqəhəni məzəmmət etmiş, təbəssümü isə çox bəyənmişdir.

Dinimiz möminin qəlbini sevindirməyə xüsusi əhəmiyyət verir. Allah Təala istəyir ki, möminlər bir-birlərini şad etsinlər.

İmam Sadiq (ə) buyurur: “O zaman ki, Allah mömini qəbrindən çıxardar, onunla birlikdə bir görüntü xaric olar ki, ondan irəlidə gedər.

Nə zaman mömin Qiyamətin qorxulu səhnələrini görər, o görüntü ona deyər: “Qorxma, qəmi özünə yaxın buraxma”.

Mömin ona deyər: “Sən kimsən?”.

Görüntü deyər: “Mən həmin şadlığam ki, dünyada olan zaman mömin qardaşına çatdırmışdın””.

Allah Təala bizləri həqiqi sevinci yaşadanlardan qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031