Dünyada hüzur əldə etmək olurmu?
Mьəllif: admin1
Tarix: 10-03-2021, 20:57
Dünyada hüzur əldə etmək olurmu?
Əgər insanın qəlbində hüzur hakimdirsə, deməli o qəlb – Allahın məkanıdır. O qəlbdə həqiqi hüzur mövcuddur. Suluk yolunu gedən hər bir salikə hüzur lazımlıdır.

Behişt, hüzur yeridir. İnsanın ixtiyarında iki həyat vardır: dünya həyatı və axirət həyatı. Hər bir aləmin özünəməxsus xüsusiyyətləri vardır. Bu sifətlədən biri də budur ki, behişt əbədidir və hüzuru da əbədidir. Saleh insanların yeri – behiştdir.

İmam Əli (ə) buyurur: “Rahatlıq evinin səni aldatmasından çəkin (yəni, dünya səni behiştdən qafil etməsin)”.

İmam Əlinin (ə) buyurduğuna görə, dünya rahatlıq yeri deyildir. Axirət isə insana elə həyat verər ki, hüzura çatar. Eyni şeyləri bizə Qurani-Kərim da söyləyir.

«Ey mənim qövmüm! Bu dünya həyatı yalnız (məhdud və müvəqqəti) bəhrələnməkdir və həqiqətən sabitlik və əbədilik evi – (təkcə) axirətdir (axirət həyatıdır)”. (“Ğafir” 39).

Behiştin bariz sifətlərindən biri də budur ki, rahatlıq və hüzur yeridir. Mömin behiştdə rahatlığa qovuşacaqdır. Bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, dünya rahatlıq məkanı deyildir. Əslində mömin üçün rahatlıq yeri – behiştdir.

Ancaq Quranın bəzi ayələri buyurur ki, insan dünyada olan zaman da rahatlığa çata bilər. “Allah bunu (kömək vədəsini və mələklərin göndərilməsini) yalnız sizə müjdə olaraq və qəlblərinizin onunla rahatlıq tapması üçün etdi (çünki, adətən qəlblər əsas səbəbkara və amilə deyil, zahirdə görünən səbəb və vasitələrə yönəlir).

Kömək və yardım yalnız yenilməz qüdrət və hikmət sahibi olan Allah tərəfindəndir (çünki bütün səbəblərin səbəbkarı və amili Onun istəyidir)”. (“Ali-İmran” 126).

“O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır”. (“Rəd” 28).

İmam Sadiq (ə) buyurur: “Rahatlıq ardınca idim və onu zahidlikdə tapdım”.

Bəs bu deyilərdən belə qənaətə gəlmək olurmu ki, dünyada da hüzur mövcuddur?

Hüzurun mərtəbələri vardır. Onun ən ali dərəcəsi behiştə aiddir. Ancaq hüzurun qalan mərtəbələrini insan dünyada əldə edə bilər. Lakin bu hüzur Allah tərəfindən nazil olar. Ona görə də mömin hüzur əldə etmək üçün onu Allahdan istəməlidir.

O kəslər ki, hüzuru dünyada görərlər, onların hüzuru uzunmüddətli olmaz, əslində aldadıcı hüzur olar.

“Həqiqətən Bizim görüşümüzə ümidi (axirət aləminə imanları) olmayan və dünya həyatına şad olaraq ona ürək bağlayan, həmçinin Bizim ayələrimizdən (müşahidə aləminin yaradılış və əzəmətli Kitabın tərtib edilmiş ayələrindən) qafil olan kəslər – onların qalacaqları yer qazandıqlarının (qəlbləri ilə qazandıqları nalayiq əqidələrin və əlləri ilə qazandıqları günahların) cəzası olaraq oddur”. (“Yunus” 7-8).

Beləliklə deyə bilərik ki, hüzur elə bir nemətdir ki, behişt əhlinə məxsusdur. Ancaq insan dünyada olan zaman da hüzura çata bilər. Behişt əhlinin hüzuru – ən ali hüzurdur. Dünya əhli həmin hüzuru ancaq behiştdə əldə edə biləcəkdir.


/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031