Şəxsiyyətin dəyərliliyi nə məna daşıyır?
Mьəllif: admin1
Tarix: 10-03-2021, 20:55
Şəxsiyyətin dəyərliliyi nə məna daşıyır?
Qurani-Kərim – Uca Allah tərəfindən xatəm Peyğəmbərinə (s) nazil olan kamil kitabdır. Allah Təala sonuncu dinini kamil etmək üçün Quran kitabını nazil etmişdir.

Çünki bu dindən sonra başqa din gəlməyəcəkdir. Ona görə də Quran kitabı kamil maarifə və varlıq aləminin sirlərinə malik olan möcüzəvi bir səma kitabıdır.

“Və hər bir şeyin (elm və maariflərin) dolğun açıqlaması və aydınlaşdırıcısı və müsəlmanlar üçün başdan-başa hidayət, rəhmət və müjdə mənbəyi olan bu Kitabı sənə nazil etdik”. (“Nəhl” 89).

İnsan kəraməti və şəxsiyyəti o mövzulardandır ki, Quran ona böyük əhəmiyyət vermişdir. İnsanların şəxsiyyətinə dəyər vermək, onlara hörmət etmək, əxlaqi dəyərlərə riayət etmək... o mövzulardandır ki, Quran ona xüsusi əhəmiyyət verir.

Allah Təala bəşərin kəraməti barəsində buyurmuşdur: “Həqiqətən Biz Adəm övladlarına (maddi və mənəvi nemətlərdə atanın varisi olmaqla) kəramət və şərafət bəxş etdik, onları quruda və dənizdə (hər birinə münasib miniklərə) mindirdik, onlara müxtəlif paklardan (təbiətlərinə uyğun olan şeylərdən) ruzi verdik və onları yaratdıqlarımızın bir çoxundan (canlılardan, cinlərdən və mələklərin bir çoxundan) tam üstün etdik”. (“İsra” 70).

Dinimizin nəzərinə görə, cəmiyyətin hər bir üzvünün şəxsiyyəti dəyərlidir və ehtirama layiqdir. Bu dəyəri iki bucaqdan araşdırmaq olar. Biri – şəxsin özü tərəfindən olar. Belə ki, insan özünün İlahi xəlifə olduğunu öyrənər və öz qədrini bilər.

O biri isə cəmiyyətin nəzərindən olar. Yəni, İslami cəmiyyətdə insanlar öz şəxsiyyətlərini qorumaqla yanaşı, başqalarına da hörmət etməyə vəzifələndirilmişdilər.

“Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam».

Dedilər: «Orada fəsad törədəcək və qanlar tökəcək bir kəsi (canişin) qoyursan?! Halbuki biz Səni kamilliklərlə vəsf edərək zikr oxuyur və (bütün eyib və nöqsanlardan) pak bilirik». Allah buyurdu: «Şübhəsiz, Mən sizin bilmədiyiniz bir şey bilirəm»”. (“Bəqərə” 30).

“Onlardır həqiqi möminlər! Onlar üçün Rəbblərinin yanında (dünyada və axirətdə Allaha yaxınlıq və mənəvi kəramətlərdən ibarət) dərəcələr, bağışlanma, gözəl və bəyənilmiş ruzi vardır”. (“Ənfal” 4).

İnsan elə şərafətli bir varlıqdır ki, ona mələklər səcdə etmişdilər. “Və (yadına sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə və təzim edin!» buyurduq. İblisdən başqa onların hamısı səcdə etdi”. (“Bəqərə” 34).

Kəramət və şərafətə malik olan bu varlıq əgər qədrini və məqamını tanısa, heç bir zaman özünü cəhənnəmlik etməz. Məsumların (ə) da buyurduğu kimi, insan gərək özünü behiştdən azına satmasın. Çünki insan behişt üçün xəlq olmuşdur.

Cəhənnəmə düşməsi – öz dəyərini bilməməsinin nəticəsidir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031