Rahib bu müsəlmanın şirlərlə danışmasını görəndə…
Mьəllif: admin1
Tarix: 5-03-2021, 22:19
Rahib bu müsəlmanın şirlərlə danışmasını görəndə…
Nəql edirlər ki, Amir ibni Əbd namaz qılırdı. Şeytan (lən) bir ilan qiyafəsində gəlir və onun köynəyinin altına girir. Başını köynəyinin yuxarısından çıxardır. Ancaq Amir namazını kəsmir və qəlb hüzurunu əldən vermir.

Ondan soruşurlar ki, namazda bu cür qəlb qüvvətini haradan əldə etmisən? İlandan da hətta qorxmadın və namazını kəsmədin?

Deyir: “Həya etdim ki, namaz yerində Allahdan qeyrisindən qorxam”.

O zaman ki, Müaviyyə ibni Süfyan (lən) xilafəti qəsb edir, əmr edir ki, Amiri şəhərdən çıxartsınlar. Amir şəhərdən çıxır və bir dağa rast gəlir.

O dağın ətəyində əyləşir və günəş batana qədər Quran oxumaqla məşğul olur. Hava qaralır və hər yer zülmətə bürünür.

Həmin ətrafda bir rahib olur və o, Amirin yanına gəlir. Ona deyir ki, sən əyləşdiyin yer – amanlı yer deyildir. Çoxlu şirlər bu yerdə gəzirlər. Yaxşı olar ki, mənimlə məbədə gələsən və amanda olasan.

Amir deyir: “Sən bütpərəstsən, mən isə müsəlmanam. Səninlə birlikdə ola bilmərəm. Allah Təaladan həya edirəm ki, canımın qorxusundan düşmənə pənah aparım”.

Rahib bu sözlərdən sonra məbədinə geri qayıdır və ibadəti ilə məşğul olur.

Gecədən bir qədər keçmiş rahib nigaran qalır və Amirin olduğu yerə baxır. Görür ki, Amir namaz halındadır və ətrafında da çoxlu şirlər vardır. Onlar əyləşib Amirin namaz qılmasına tamaşa edirdilər. Sanki onu qoruyurdular.

Amirin namazı sona çatan kimi, o, üzünü şirlərə tutub deyir: “Əgər sizi mühüm iş üçün göndəriblərsə işinizlə məşğul olun. Əgər məni qorumaq üçün gəlmisinizsə, mənim qorunmağa ehtiyacım yoxdur. Geri qayıdın”.

Şirlər ayağa qalxdılar və qayıtdılar. Rahib bu halı müşahidə edən zaman məbədin damından yerə düşür.

Amirdən soruşur: “Sən kimsən?”.

Cavab verir: “Mən ən pis müsəlmanam və məni pisliyimə görə şəhərdən qovublar”.

Rahib deyir: “Əgər bu cəmiyyətin ən pisinin mərtəbəsi belədirsə, gör ən yaxşısının dərəcəsi nə qədərdir?!”.

Sonra İslam dinini qəbul edir və müsəlman olur.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930