Mühəqqiq kimdir, mütəhəqqiq kim?
Mьəllif: admin1
Tarix: 4-03-2021, 22:49
Mühəqqiq kimdir, mütəhəqqiq kim?
Yəqinə çatmaq üçün təhqiq yolunu getmək lazımdır. Lakin bunu da qeyd etmək lazımdır ki, təhqiq – yolun 50%-dir. Qalan 50% isə insanın əməlindən asılıdır. Yəni, insan gərək həm mühəqqiq olsun, həm də mütəhəqqiq.

Mühəqqiq o kəsdir ki, elmi cəhətdən mövzuları dərindən təhqiq edir və mövzuları özü üçün həll edir. Ancaq mütəhəqqiq o kəsdir ki, o şeyə ki, inanır və başa düşür ona əməl edər.

Əgər insan alim olarsa ancaq imanı olmazsa, elminə inamı olmazsa, əməl əhli olmazsa – get-gedə şübhə əhlinə çevriləcəkdir.

Allahın Firon haqqında çox gözəl kəlamları vardır. Belə ki, buyurur: “Və ona (möcüzələrimizə) daxilən yəqinlikləri olsa da, zülm və təkəbbür üzündən inkar etdilər. Bir gör, fitnə-fəsad törədənlərin aqibəti necə oldu!”. (“Nəml” 14).

“Musa dedi: «Şübhəsiz, sən bilirsən ki, bu möcüzələri aydın dəlillər olmaq üçün yalnız, göylərin və yerin Rəbbi nazil etmişdir. Və əlbəttə, ey Firon mən səni (artıq) həlak olmuş sanıram»”. (“İsra” 102).

Bizim bir dərkimiz vardır, bir də inamımız. Dərk etmək bizim ixtiyarımızda deyildir, ancaq inanmaq bizim ixtiyarımızdadır.

Yəni, əgər fikirləşdik, dərs oxuduq, mütaliə etdik – elm bizim üçün həll olacaqdır. Bundan sonra deməyəcəyik ki, mən dərk etmək istəmirəm.

İradə dərkə dəxalət etməz, ancaq inama dəxalət edər. Yəni, insan bir şeyi dərk etdikdən sonra istəsə inanar, istəsə inanmaz. İstəsə boyun əyər, istəsə əyməz.

Bəzən iki nəfər bir-biri ilə bəhs edərlər, biri o biri üçün bir şeyi başa salar. Ancaq o birisi ona inanmaz. Yəni, nəfsi o qədər şərdir ki, bir şeyi başa düşməyinə baxmayaraq, onu inkar edər və ona inanmaz.

Daxili virus olan şəkk və şübhəyə düçar olmamaq üçün gərək o şeyi ki, dərk etmişik – ona inanaq və əməl edək.

O zamana qədər ki, əməl səhnədə olmaz, yəqindən danışmaq yersizdir. Şübhədən uzaq olmaq üçün ən yaxşı yol budur ki, hər nəyi ki, dərk etmişik – ona əməl edək”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930