İnsanın fitrəti ona nəyi əmr edər?
Mьəllif: admin1
Tarix: 3-03-2021, 21:45
İnsanın fitrəti ona nəyi əmr edər?
«İsraf edənlərin (həddini aşanların) əmrinə tabe olmayın». «O kəslər ki, yer üzündə fəsad törədər və (heç vaxt) islah etməklə məşğul olmazlar». (“Şuəra” 151-152).

İsraf – varlıq aləminin qanunlarını aşmaqdır. Hər kim varlıq aləminin qanunlarını aşar – şühbəsiz ki, cəmiyyətdə fəsadın yaranmasına səbəb olar. Başqa sözlə desək, belə fəsadın mənbəyi israf olar.

Əlbəttə, israfın mənaları çoxdur. Bəzən yemək və içmək mövzularına aid edilir. Bəzən həddən artıq qisas almaq və intiqam almaq əməlinə şamil edilir.

Bəzən etiqadda şəkkə səbəb olur. Bəzən təkəbbürə və insanların üstün olmağına şamil edilir. Nəhayət hər cür günaha aid edilir. Günah olan yerdə fəsad da olar.

Böyük təfsir alimlərinin nəzərinə görə, varlıq aləmi bir sıra qanunlardan ibarətdir. Bu qanunların hədəfi – insanları islah etməkdir.

Hər bir şey üçün qanun təyin edilmişdir. Əgər bu qanunlardan biri pozularsa, yerini fəsad alar. Nəticədə insanlar fəsada məruz qalar və varlıq aləminin qanunları pozular.

İnsan əgər fitrəti əmr etdiyi kimi yaşayarsa, varlıq aləminin qanunlarına tabe olar və onunla həmahəng olar. Onu qarşıda səadət gözləyər. Ancaq əgər həddini aşarsa, fəsad yoluna qədəm basmış olar.

Allah ona təzəkkür verər və bəlalar göndərər. Əgər bu bəlalar da təsir etməzsə, Allah onu yer üzərindən silər və məhv edər. Bu səbəbdən aydındır ki, niyə yuxarıdakı ayədə israf, yer üzərində fəsad törətmək kimi tanıdılmışdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930