Həzrət İsa (ə) şeytanı (lən) necə hidayət etmək istədi?
Mьəllif: admin1
Tarix: 2-03-2021, 21:31
Həzrət İsa (ə) şeytanı (lən) necə hidayət etmək istədi?
Nəql edilir ki, Həzrət İsa (ə) bir gün qərara alır ki, Allahla şeytanın arasını düzəltsin.

Uca Allaha buyurur: “Allahım! Şeytan böyük xataya düçar olmuşdur və Adəmə (ə) səcdə etməmişdir. Ancaq onun Sənə ibadətdə keçmişi vardır.

Ona görə xahiş edirəm ki, onu bağışlayasan və günahından keçəsən”.

Allah Təala Həzrət İsaya (ə) xitab göndərir: “Əgər şeytan öz səhvini etiraf etsə və tövbə etsə, bağışlanma diləsə – onu bağışlayaram”.

Həzrət İsa (ə) çox sevinir. Pak qəlbi ilə İblisin (lən) yanına gəlir və ona İlahi rəhmətin müjdəsini verir.

Deyir: “Əgər tövbə etsən, Sübhan Allah səni bağışlayacaqdır. Səninlə onun arasında olanlardan keçəcəkdir”.

Şeytan (lən) bu fürsətdən istifadə etmək əvəzinə, çox qəzəbləndi. Etiraz edərək, Həzrət İsaya (ə) dedi: “Sən kimsən ki, vasitəçilik edirsən?!”.

Mənimlə Allah arasında atəş yaratmaq qəsdin var? Allah gərək məndən üzr istəsin ki, məni dərgahından qovmuşdur. O zamana qədər ki, üzr istəməz, mən bağışmayacağam”.

Beləcə, lənətlik iblis öz təkəbbürlü mənfur durumunu bir daha təzahür etdirdi.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930