Allah niyə göylə yeri xəlq etmişdir?
Mьəllif: admin1
Tarix: 25-02-2021, 21:50
Allah niyə göylə yeri xəlq etmişdir?
O zaman ki, Allah insanı xəlq edir, yeri və göyü də yaradır. Hədəfi o olur ki, insan bu ikisinin arasında yaşamaq imkanına malik olsun.

Qurani-Kərimdə buyurulur: “Göylərdə və yerdə olanları – (varlıq və idarə edilmələri) Onun tərəfindən olanların hamısını sizin xeyirinizə ram etdi. Həqiqətən bunda (bu ram etmədə) düşünən dəstə üçün (Onun tövhid, qüdrət və mərhəmətindən) nişanələr vardır”. (“Casiyə” 13).

Bu ayə buyurur ki, Allah yerlə göyü insan üçün xəlq etmişdir. Bunlar insan xəlqinin müqəddiməsi olmuşdular. O zaman ki, Allah yeri xəlq edir, insanı yer üzərində öz xəlifəsi təyin edir.

“Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam»”. (“Bəqərə” 30).

Ariflərin nəzərinə görə, yaradılış – Allahın təcəlli sifətlərindəndir. Allah, Allah olduğu üçün xəlq edir. Çünki, O, Xaliqdir, çünki vacibəl-vicuddur.

İnsanın torpağa ehtiyacı olduğu üçün, Allah yeri xəlq etmişdir. İnsanın göyə ehtiyacı olduğu üçün, Allah göyü xəlq etmişdir. Günəşi xəlq etmişdir, Ayı xəlq etmişdir.

Allahın bunların heç birinə ehtiyacı yoxdur, ancaq insanın var. Bu səbəbdəndir ki, Allah insanın ehtiyacı olan şeyləri xəlq etmişdir.

Allahın yeri və göyü yaratmaqda başqa bir hədəfi isə odur ki, insan göyə və yerə baxan zaman Allahın əzəmətini dərk etsin və buna görə şükür etsin.

Beləliklə deyə bilərik ki, Allahın göyü və yeri xəlq etməsindəki hədəfi – insan olmuşdur. Allah göyü və yeri xəlq etmişdir ki, insan orada yaşaya bilsin.

Həmçinin, Allahın yaratdıqlarının əzəmətinə nəzər salaraq, Onun qüdrətini dərk etsin və buna görə şükür etsin. Bu, insandır ki, yerə və göyə ehtiyacı vardır. Allahın bunların heç birinə ehtiyacı yoxdur.



/Deyerler.org/

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031