Əgər insan 40 gün ibadətlə məşğul olar, bir gün sübh namazını qəza edərsə…
Mьəllif: admin1
Tarix: 23-02-2021, 22:50
Əgər insan 40 gün ibadətlə məşğul olar, bir gün sübh namazını qəza edərsə…
Namazın ibadətlər arasında xüsusi məqamı vardır. Ona görə də namazı vaxtında qılmağın və onun şərtlərinə əməl etməyin insanın kamala çatmasında rolu böyükdür.

İmam Sadiqdən (ə) soruşurlar ki, niyə axəril-zamanda yaşayanların ruziləri az olacaqdır? Həzrət (ə) buyurur: “Bu səbəblə ki, bəzən namazları qəza olar”.

Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və deyir: “Mən günahlara düçar olmuşam”.

İmam (ə) buyurur: “Allah bağışlayar”.

Həmin şəxs deyir: “Düçar olduğum günahlar çox böyükdür”.

İmam (ə) buyurur: “Əgər dağ boyda olsa belə, Allah bağışlayar”.

Həmin şəxs deyir: “Düçar olduğum günah çox böyükdür”.

İmam (ə) buyurur: “Məgər hansı günah etmisən ki?”.

Həmin şəxs günahı haqqında danışır.

Sonda İmam (ə) üzünü ona çevirib, buyurur: “Allah bağışlayar. Qorxuram ki, sübh namazını qəza etmiş olasan”.

Mərhum Ayətullah Hacı Şeyx Həsənəli İsfahani övladına vəsiyyətində buyurur: “Əgər insan 40 gün ibadətlə məşğul olar, bir gün sübh namazını qəza edərsə, o 40 gün ibadətin dəyəri məhv olar”.

Bəli, sübh namazını qəza etməyin günahı böyükdür. Ona görə də namazlarımızın vaxtına diqqət edək və onları əvvəl vaxtda yerinə yetirməyə çalışaq.

Hər kim kamala çatmaq istəyirsə, namazlarına xüsusi əhəmiyyət verməlidir.

Beləliklə, namazı qəzaya verməmək üçün, insan gərək öz imanını və iradəsini diri saxlasın. Yatmazdan qabaq dualar etsin, namaza oyanmaq üçün tofiqat istəsin.

Sübh namazının vaxtı ilə bağlı zəng çalınanda, insan gərək iradəsini toplayəb qalxsın, təxirə salmasın.

Bilməliyik ki, şeytan (lən) böyük həvəs və səylə insanı yuxulu və oyaq vəziyyətdə vəsvəsə edir, namaza qalxmağı təxirə salmağa həvəsləndirir.

Lənətlik iblisi məyus edək və namazlarımıza ciddi yanaşaq.

Allah Təala bizlərə nəzər salsın.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930