Sidrətul-muntəhanı görən İmam Zaman ağamız (ə.f)...
Mьəllif: admin1
Tarix: 23-02-2021, 11:11
Sidrətul-muntəhanı görən İmam Zaman ağamız (ə.f)...
Bismilləhir-Rahmənir-Rahim!

İki nəfər Allah dostu var idi. Onlar mərifət əhli idilər. Və çox istəyirdilər ki, Həzrət İmam Zaman ağanın (ə.f) müqəddəs vücudunu ziyarət eləsinlər.

Bu iki nəfər Həzrətlə (ə.f) görüş vədəsi də almışdılar.

Getdikləri yolda bir əkin sahəsi ilə rastlaşdılar. Əkin sahəsində buğda əkilmişdi. Dostlardan biri həmin buğdadan birini qopardı, ağzına qoyub ikiyə böldü ki, görsün bu buğda yetişib, ya yox. Sonra bu ikiyə bölünmüş buğdanı ağzından çıxardıb, əkin sahəsinə atdı.

Qəsd olunan mənzilə yetişdikləri zaman, doslardan biri görüşməyə müvəffəq oldu. İcazə istədi ki, digər dostu da görüşə nail olsun.

Həzrət Mövla (ə.f) o şəxsin eşidə biləcəyi uca səslə buyurdu: “Camaatın sahəsindən buğdanı götürüb, ağzında iki hissəyə bölən şəxsin bizimlə görüşməyə ləyaqəti yoxdur”.

Görək bizdən nə istəyiblər?

وَصِيَّتُكُمُ التَّقْوَى

Sizin (bizə) vəsiyyətiniz – təqvadır.

Əsrin İmamının (ə. f. ş) tövsiyəsi – təqvadır.

Həzrət İmam Zaman ağa (ə.f) buyurur: “Ulduzların göydə (artıq) görünmədiyi vaxtda sübh namazını qılan şəxs, Allahın rəhmətindən uzaqdır”.

Namazı qəza deyil, amma Allahın rəhmətindən uzaqdır...

“Məğrib namazını, (artıq) ulduzların göydə görsəndiyi vaxtda (hava tam qaralanda) qılan şəxs, Allahın rəhmətindən uzaqdır”.

Bu, Əsrin Vəlisinin (ə.f) kəlamıdır.

Əsrin Vəlisinin (ə.f) başqa bir kəlamında buyurulur:

لَعْنَةُ اللَّهِ وَ الْمَلَائِكَةِ وَ النَّاسِ أَجْمَعِينَ- عَلَى مَنْ أَكَلَ مِنْ مَالِنَا دِرْهَماً حَرَاماً

“Bizim malımızdan bir dirhəm haram yolla (yəni haqqı olmadan) yeyən şəxsə Allahın, mələklərin və bütün insanların lənəti olsun”. (“İkmalud-din”, səh. 228)

İndi bütün həyatı boyu Əsrin Vəlisinin (ə.f) və seyidlərin haqqına girən şəxs iddia etsə ki, mən Əsrin Vəlisinin (ə.f) aşiqiyəm – yalan demiş olur.

Həzrətin (ə.f) ziyarətnaməsində oxuyuruq:

"اَلسَّلامُ عَلَیْکَ یا ناظِرَ شَجَرَةِ طُوبی وَسِدْرَةِ الْمُنْتَهی،"

“Salam olsun sənə, ey Tuba ağacına və Sidrətul-muntəhaya baxan!”.

Salam olsun sənə, ey Zəhranın (s.ə) əzizi. Sən baxanda Sidrətul-muntəhanı görürsən...

Sidrətul-muntəha hardadır?

Bu, Merac gecəsində Cəbrayılın (ə) gedə bildiyi sonuncu nöqtədir.

سُبْحَانَ الَّذِي أَسْرَىٰ بِعَبْدِهِ لَيْلًا مِنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الْأَقْصَى الَّذِي بَارَكْنَا حَوْلَهُ لِنُرِيَهُ مِنْ آيَاتِنَا ۚ إِنَّهُ هُوَ السَّمِيعُ الْبَصِيرُ

“Öz bəndəsini (Həzrət Muhəmmədi (s) ) Özümüzün bəzi nişanələrimizi ona göstərmək üçün bir gecə Məscidül-Həramdan ətrafını mübarək (bərəkətli) etdiyimiz Məscidül-Əqsaya aparan Allah (hər bir eybdən) pak və nöqsansızdır. Əlbəttə eşidən və (onların hamısının halını) görən Odur (O Allahdır)”. (“İsra” 1)

Həzrət Peyğəmbər (s) buyurur: “Bir yerə yetişdim ki, Cəbrayılın (ə) gəlmədiyini gördüm. “Cəbrayıl (ə), niyə dayandın? Məni bu məqamda tək qoyma!”.

Buyurdu: “Əgər bir addım yuxarı gəlsəm, qanadlarım yanar. Bura – mənim qalxa biləcəyim ən son nöqtədir. Hər bir varlığın öz məqam, hədd və hüdudu var. Müqərrəb mələklərin də öz məqam, hədd və hüdudları var””.

Demək bizim mövlamız, Əsrin Vəlisi (ə.f) baxanda, Sidrətul-muntəhanı görə bilir. (O yeri görür ki, Həzrət Cəbrayılın (ə) oraya qalxmaq icazəsi yoxdur)...

Buna görə qəlblərin sahibi olan Həzrətin (ə.f) hüzurunda qəlblərinizi qoruyun, ey nəticə almayanlar!

Həftədə iki dəfə əməl naməmizi Həzrətə (ə.f) təqdim edirlər. Bu gün əməlləri ilə İmam Zaman ağanı (ə.f) xoşhal edənlərdən olduq, ya kədərləndirənlərdən?!

Özümüzü ki, tanıyırıq. Bu gün İmamı (ə.f) qəmləndirdik, ya sevindirdik? Hansı birini etdik?

Həzrət (ə.f) buyurub: “Sizin günahalarınızı görəndə kədərlənərik və sizin üçün bağışlanmaq istəyirik”.

Məbada bu gün Mövlamı (ə.f) kədərləndirən aşiqlərdən olaq.

Həzrətin (ə.f) cümə gününə məxsus bir ziyarəti var. Yadıma gəlir, uşaq vaxtı Məşhəd şəhərində, cümə günləri səhərlər Həzrətin (ə.f) “Nudbə” duasını oxuyurdum.

Bir ibarəsi budur:

السَّلامُ عَلَيْكَ يَا عَيْنَ اللَّهِ فِي خَلْقِهِ،

“Salam olsun sənə, ey Allahın məxluqat içərisindəki görən gözü!”.

Əgər bu cümləni mən qəbul etsəm, yəni, qapıdan bu inamla çıxsam ki, səhərim, günortam, gecəm, yuxum, işim, oturmağım, danışığım – hamısı o Həzrətin (ə.f) gözü qarşısındadır və mənim bütün addımlarıma diqqət edir – bu inam nicat tapmağıma kifayətdir...


(Höccətül-İslam Seyid Hüseyn Haşiminejadın moizələrindən)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031