İmam Cavad (ə): “Sübhan Allah imamət üçün dəlillər gətirmişdir, necə ki, nübuvvət üçün gətirmişdir...”
Mьəllif: admin1
Tarix: 12-02-2022, 10:12
İmam Cavad (ə): “Sübhan Allah imamət üçün dəlillər gətirmişdir, necə ki, nübuvvət üçün gətirmişdir...”
Peyğəmbərlər (s) öz risalətlərini təsdiq etmək üçün möcüzə göstərdikləri kimi Məsum İmamlar (ə) da imamətliklərini isbat etmək üçün fövqəladə işlər nümayiş etdirərdilər.

İmam Cavad (ə) da ataları kimi imamətini sübut etmək üçün bir çox möcüzələr göstərmidşir ki, Əhli-beyt (ə) davamçılarının ürəyini aydınlatmışdı.

Bu möcüzələrdən bəzilərinə işarə edək:

Qeybdən agah olmaq.

Davud ibni Qasim Cəfəri nəlq edir: “İmam Cavadın (ə) yanına gəlmişdim və mənim yanımda üç məktub var idi ki, yazanlarının adlarını unutmuşdum. Ona görə də çox qəmgin idim.

Həzrət (ə) bu məktublardan birini məndən alıb, buyurdu: “Bu məktub Riyan ibni Şəbibə aiddir”.

O birisini götürüb buyurdu: “Bu, Muhəmməd ibni Həmzədəndir”. Üçüncü məktubu götürdü və buyurdu: “Bu da filankəsdəndir”.

Həzrət (ə) mənə nəzər saldı və təbəssüm etdi”.

İnsanların batinindən verilən xəbər.

Əbu Haşim nəql edir: “Dəvəçi mənə dedi ki, Həzrət Cavadla (ə) mənim barəmdə söhbət edin ki, mənə bir iş tapşırsın.

Mən Həzrətin (ə) yanına gələn zaman o, bir dəstə insanla yemək yeyirdi. Ona görə də bu dəvəçinin müraciətini Həzrətə (ə) verməyə imkan olmadı.

Həzrət (ə) buyurdu: “Ey, Əba Haşim! Yemək yeyin”.

Öz mübarək əli ilə yeməyi qarşıma qoydu. Mən bir söz deməmiş öz xidmətçilərindən birinə buyurdu: “İndi qapının önündə dayanan dəvəçini bura dəvət et və onu yanında saxla”.

Duanın yerinə yetməsi.

Əbu Hşaim nəql edir: “Bir gün Həzrətlə bir yerdə bir bağa daxil olduq və mən dedim: Qurabının olum, mən əncir yeməyə çox hərisəm.

İndi dua edin ki, Allah məni bu cür çox əncir yeməkdən xilas etsin. Bir neçə gündən sonra buyurdu: Ey Əba Haşim! Allah əncir yemək sevgisini ürəyindən çıxartdı və ondan sonra əncirdən xoşum gəlmədi”.

Gələcəkdən verilən xəbər.

Əbu Haşim nəql edir: “İmam Cavad (ə) mənə 300 dinar verib buyurdu: “Bunları filan əmim oğluna ver və o, səndən yol göstərməyini istəyəcəkdir ki, hansı malı alsın. Sən də ona yol göstər”.

Pulları ona verəndə məndən hansı satıcıdan mal ala biləcəyini söylədi və mən də ona yol göstərdim”.

Zehindən keçənləri oxumaq.

Əli ibni Əsbat nəql edir: “İmam Cavad (ə) mənə tərəf gəlirdi və mən də onun qiyafəsinə və qəddinə nəzər salırdım ki, Misirdə əlamətlərini dostlarıma deyə bilim.

İmam (ə) mənə buyurdu: “Ey Əli ibni Əsbat! Sübhan Allah imamət üçün dəlillər gətirmişdir, necə ki, nübuvvət üçün gətirmişdir”.

Sonra bu ayələri oxudu: “Biz ona uşaqlığında hikmət (və ilahi maarifin dərkini və peyğəmbərlik) əta etdik”. (“Məryəm” 12).

“O, cismi və əqli qüvvələrinin yetkinlik və kamal həddinə çatanda, ona hakimlik qüdrəti, əqli maariflər, (keçmiş) şəriətlərin (Nuh və İbrahimin şəriətinin) elmlərini verdik”. (“Yusif” 22).

Ona görə caizdir ki, Allah hökumət məqamını həm oğlan uşağına və həm də 40 yaşlı insana mərhəmət etsin”.

Öz şəhadətindən verilən xəbər.

Muhəmməd ibni Fərəc nəql edir: “İmam Cavad (ə) mənim üçün yazmışdı ki, Həsəni mənə tərəf gətirin. Mən bu ildən başqa bir ildə onu yanımda saxlaya bilməyəcəyəm. Həzrət (ə) həmin ildə şəhid oldu”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930