Ruzini artırar, bəlanı uzaqlaşdırar, dostluq yaradar – istiğfar zikrini deməyin 7 səmərəsi
Mьəllif: admin1
Tarix: 18-02-2021, 21:47
Ruzini artırar, bəlanı uzaqlaşdırar, dostluq yaradar – istiğfar zikrini deməyin 7 səmərəsi
Hədislərimizin və Quran ayələrinin nəzərinə görə, istiğfar etmək o zikrlərdəndir ki, insan həyatına çoxlu faydalar gətirər. Bu faydalar ilə tanış olaq:

1. Ruzini və sərvəti artırar. «Və ey mənim qövmüm, Rəbbinizdən bağışlanmaq diləyin, sonra Ona tərəf qayıdın (tövbə edin) ki, sizə bollu bulud və yağış göndərsin, sizin (cismani və maddi) gücünüzə bir güc də artırsın və (Ondan) günahkar kimi üz çevirməyin». (“Hud” 52).

2. Duanın yerinə yetməsi. “Buna görə də, Ondan (günahlarınız üçün) bağışlanmaq diləyin, sonra (yaxşı əməllərlə) Ona tərəf qayıdın. Şübəsiz, mənim Rəbbim (Öz bəndələrinə) yaxın və (onların dualarını) qəbul edəndir”. (“Hud” 61).

3. Dostluq və məhəbbətin yaranması. «Və Rəbbinizdən (keçmiş əməllərinizə görə) bağışlanmaq diləyin, sonra (saleh əməllərlə) Ona tərəf qayıdın. Həqiqətən, mənim Rəbbim mehribandır və (tövbəkar bəndələrini) sevəndir». (“Hud” 90).

4. Dünyadan bəhrələnmək. “Və dedim ki; «Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır». «Göydən (buluddan) sizə bol yağış göndərsin». «Və sizə mal-dövlət və oğullar (əta etməklə) yardım etsin, sizin üçün bağlar yaratsın və sizin üçün çaylar axıtsın»”. (“Nuh” 10-12).

5. İlahi rəhməti cəlb etmək. “(Saleh) dedi: «Ey mənim tayfam, nə üçün yaxşılıqdan öncə pisliyə və əzaba tələsirsiniz (tövbəni və imanı təxirə salırsınız)?! Nə üçün Allahdan bağışlanmağınızı diləmirsiniz ki, bəlkə sizə rəhm oluna?»”. (“Nəml” 46).

6. Həyat şirin olar. “Və öz Rəbbinizdən bağışlanmaq istəyəsiniz, sonra (tövbə edərək) Ona tərəf qayıdasınız ki, sizi müəyyən müddətədək (dünya həyatının) gözəl bəhrələrindən bəhrələndirsin və hər bir fəzilət sahibinə öz dəyərini (hər bir kamal sahibinə kamalına uyğun olaraq onun dünya və axirət kamilliklərinin mükafatını) əta etsin”. (“Hud” 3).

7. Bəla və əzab uzaq olar. “Həmçinin nə qədər ki, onlar istiğfar edirlər (Allahdan bağışlanmalarını istəyirlər) Allah onlara əzab verən deyildir”. (“Ənfal” 33).

Zahirdə bu zikr tövbə kimi görünsə də, insan həyatına başqa bəhrələr də gətirir. Ona görə də istiğfar etməyi unutmayaq və ona əməl edək.

“Əstəğfirullahə Rabbi və ətubu iləyh” zikrini gündə 70 və ya 100 dəfə deməyə çalışaq.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930