Güman edilməyən yerdən gələn bu ruzi nədir?
Mьəllif: admin1
Tarix: 18-02-2021, 21:45
Güman edilməyən yerdən gələn bu ruzi nədir?
Uca Allah təqva əhlinə ruzi verəcəyini vəd etmişdir. “Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar. Və ona güman etmədiyi bir yerdən ruzi verər.

Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər; şübhəsiz, Allah Öz əmrini çatdıran və iradəsini həyata keçirəndir; həqiqətən, Allah (varlıq aləmində mahiyyət, kəmiyyət, keyfiyyət, varlıq əlamətləri, ömür müddəti baxımından) hər bir şey üçün müəyyən bir ölçü qoymuşdur”. (“Təlaq 2-3).

İmam Sadiq (ə) bu ayələrin təfsirində buyurur: “Məqsəd – dünya ruzisidir”.

İmam Əli (ə) bu ruzi barəsində buyurur: “O kəsə elə ruzi çatar ki, onun üçün heç addım atmamışdır, ona tərəf əl uzatmamışdır, onun üçün dil açmamışdır. O, ruzi – həmin ruzidir ki, Allah Quranda yuxarıdakı ayələrdə buyurmuşdur”.

Yəni, Allahın təqva əhlinə vəd etdiyi ruzidir.

İmam Sadiq (ə) buyurur: “Allah möminlərin ruzisini o yerdən qərar vermişdir ki, güman etmirdilər. Bu məsələnin səbəbi budur ki, bəndə o zaman ki, ruzisinin gəldiyini bilməz, duası daha çox olar”.

Beləliklə deyə bilərik ki, Allah təqva əhlinə ruzi vəd etmişdir ki, həmin ruzi güman etmədiyi yerdən ona çatar.

Bu ruzi – elə ruzidir ki, onun üçün zəhmət çəkməmiş və onu Allahdan istəməmişdir. Bu, Allahın lütfü sayəsində mömin bəndəyə nazil olan ruzidir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031