Tövfiqin əldən getməsi necə baş verir?
Mьəllif: admin1
Tarix: 17-02-2021, 21:46
Tövfiqin əldən getməsi necə baş verir?
Bəzən tövfiq aramızdan götürülür və biz minlərlə günaha düçar olmuşuq. Bizi tövfiqdən uzaqlaşdıran günahların hansı olduğunu haradan bilək ki?!

Bir neçə şey bir neçə şeyin içərisində gizlidir. Qədr gecəsi bir neçə gecənin içərisində gizlidir. İnsan gərək onların hamısını əziz tutsun ki, həqiqi Qədr gecəsini dərk etsin.

Qəbul olunan itaət, başqa itaətlərin arasında gizlidir. Məlum deyildir ki, Allah hansı itaəti qəbul edəcəkdir. Ona görə də insan gərək heç bir itaəti tərk etməsin.

Cəza günahlar arasında gizlənmişdir. Məlum deyildir ki, Allah insanı hansı günahına görə cəzalandıracaqdır. Çox hallarda Allah əfv edər.

Quranda oxuyuruq: “O, (hələ) onların çoxundan keçir”. (“Şura” 30).

Allahın bağışlamadığı günahlar gizlidir və məlum deyildir ki, hansı günahları bağışlamır. Ona görə də insan hər bir günahdan uzaq olmalıdır.

Allahın Vəlisi övliyaların arasında gizlidir. Məlum deyildir ki, kim Allahın övliyası hesab olunur. Ona görə də heç kəsi təhqir etməyə haqqımız yoxdur.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930