Yalana görə xüsusi cəza
Mьəllif: admin1
Tarix: 17-02-2021, 21:44
Yalana görə xüsusi cəza
Yalanın çirkinliyi o qədər böyükdür ki, onu bütün şərlərin qapısı adlandırıblar. Mələklər bu cür insanlara nifrət edir və onları nifrinləyirlər.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Mömin nə zaman üzrü olmadan yalan danışar, 70 min mələk onu lənətləyər.

Qəlbindən iylənmiş iy xaric olar ki, ərşə qədər çatar. Allah bu yalana görə 70 zinanın günahını əməl dəftərinə yazar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Merac gecəsində gördüm ki, arxası üstə yatmış kişinin başı üstündə bir başqası dayanmışdır və əlində dəmir əsaya bənzər şey tutmuşdu ki, başı əyri idi.

O, gəldi və onun bir tərəfində dayandı, əlində olan şeylə üzünə vurmağa başladı. Ağzı (bu zərbələrin təsirindən) üstündən altına qədər tikə-tikə oldu.

Sonra həmin şeylə burnuna və gözünə vurmağa başladı, o zamana qədər ki, başı parçalandı.

Sonra başqa tərəfinə gəldi və həmin işi təkrar etdi. Bu tərəflə işi bitməmiş, o biri tərəf sağlam hala gəldi. Onunla əvvəl etdiyi işi etməyə başladı.

Soruşdum: “Bu şəxsin əzabının səbəbi nədir?”.

Mənə dedilər: “Bu, o kişidir ki, səhər evindən çıxarmış və yalan danışarmış ki, ziyanı üfüqə qədər çatarmış. Qiyamət gününə qədər ona belə əzab veriləcəkdir”.

Uca Allah bizləri yalandan və digər mənfiliklərdən Özü amanda saxlasın.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930