Quranda adı çəkilən Səbə ölkəsi harada yerləşir?
Mьəllif: admin1
Tarix: 16-02-2021, 10:47
Quranda adı çəkilən Səbə ölkəsi harada yerləşir?
Qurani-Kərimdə Səbə ölkəsi Həzrət Süleyman Peyğəmbərin (ə) zamanında Bilqeyslə bağlı hadisənin təsvirində xatırlanır.

Qurani-Kərimin 34-cü surəsi də “Səbə” adlanır. Səbə krallığı eramızdan əvvəl birinci miniliikdən eramızın III əsrinə kimi cənubi Ərəbistanda, indiki Yəmən ərazisində mövcud olmuşdur.

Səbə dövləti ticarət yollarının üzərində yerləşdiyi üçün iqtisadi baxımdan çox güclü idi. Ölkədə suvarma sistemi güclü inkişaf etmişdi. Mərib su bəndi iri miqyaslı əkin işlərinə imkan yaratmışdı.

Səbə krallığının Afrikada da torpaqları vardı. Qonşu dövlətlərlə müharibələr nəticəsində Səbə dövləti zəiflədi və eramızın III əsrində Himyər kralları tərəfindən işğal edildi.

Bəzi rəvayətlərə görə Səbə dövləti Mərib bəndinin uçulması nəticəsində su altında qalıb məhv olmuşdu. Quranda adı çəkilməsə də, əhvalatı təsvir edilən Bilqeys (Bəlqis) Səbə kraliçası (məlikəsi) idi.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930