Nə edək ki, şeytanın (lən) vəsvəsələrindən xilas olaq?
Mьəllif: admin1
Tarix: 15-02-2021, 21:35
Nə edək ki, şeytanın (lən) vəsvəsələrindən xilas olaq?
İblis (lən) – insanın xarici düşmənidir. Xaricdə insana hücum edər. O zamana qədər ki, daxildə özünə yer edə bilməzsə və daxildəkilər onu himayə etməzsə, insana heç vaxt təsir qoya bilməz.

Şeytanın işi – zəhər düzəltmək və insanın bədəninə daxil etməkdir. Ona bənzəyir ki, düşmən insanı zəhər içizdirərək öldürmək istəyir. Əgər zəhəri onun cibinə qoysa, təbiidir ki, ona təsir etməyəcəkdir.

Əgər zəhəri ona içizdirsə və insan zəhəri tüpürərsə, zəhər yenə də ona təsir etməz. Əgər zəhəri içizdirərsə və zəhər mədəyə daxil olarsa, gərək həzm sistemi onu qəbul etsin və onu cəzb etsin. Zəhər qana daxil olan zaman öz təsirini göstərməyə başlayar. Vəsvəsə də belədir.

Cavanlardan həvayi-həvəsə meyil, qocalarda məqam və sərvətə meyil – bu zəhərin təsirindəndir. Əgər kimsə təriflənməkdən və ya ona-buna ləqəb yapışdırmaqdan, şəmatət etməkdən xoşlanırsa – məlum olar ki, zəhər bədəninə təsir etmişdir.

Əgər bu sözlərdən ləzzət almazsa, gərək Allaha şükür etsin.

İmam Əli (ə) Malik Əştərə yazır: “Şeytan daima hücum etmək halındadır. O zaman ki, səni tərifləyərlər, şeytan atəşinin müqəddəm xəttidir və gərək ehtiyatlı olasan”.

Əgər kimsə bir başqasının abırını aradan apararsa, gecə yuxuya getməz. Niyə? Çünki daxilində atəş yanmışdır və hər nə qədər yuxu dərmanı içirsə, yenə də yuxusu gəlmir. Hər nə qədər yatağını rahat edirsə, yenə də yuxusu gəlmir. Döşəyin hansı tərəfinə çönsə, elə bil ki, ona iynə batırırlar.

Həzrət Peyğəmbər (s) buyurur: “Heç kəs nəfsiniz qədər sizin düşməniniz deyildir”.

Məgər xarici düşmən nə edir? Hitler və Səddam nə edir? Evləri yandırmaqdan və insan öldürməkdən başqa bir iş görmürlər. Sonra insan şəhid olur və rahatlaşır.

Əllamə Təbatəbai buyurur: O şəhid ki, müharibə zamanı vurular və öz qanında əl-ayaq çalar, başqaları xəyal edər ki, can verir. Halbuki, o gün vurmuş insan kimidir ki, soyuq hovuza daxil olar.

Əgər o, danışa bilsəydi, deyərdi: “Ruh və reyhandır, bu, can vermək deyildir. Can vermək – yəni insan dünyadan bərzəxə daxil olar. Ölüm dünyadan bərzəxə köçməkdir”.

Əgər insan dünyadan bərzəxə köçmək istəyirsə, çətinlik çəkər, niyə? Ona görə ki, əvvəl dünyaya ürək bağlamışdır. İkincisi ölüm onun meyil etdiyi hər bir şeyi ondan alar. Üçüncüsü bağlı qalar. Dördüncü ayrılıq dərdi başlayar.

Yaxşı olar ki, insan elə şeyə ürək bağlasın ki, onu buraxmasın. Elə şeyə əlaqə bağlasın ki, onunla qalsın və ondan ayrılmasın.

Bu səbəbdən Peyğəmbər (s) buyurur ki, əgər Əhli-Beytin (ə) vilayəti altında olsanız, siz övliyaların dostu olarsınız. Bağlılıqlarınız da bu tərəfə olar. Bu şeylər sizdən alınmayacaqdır.

Ona görə də insanın bu dünyada elə şeyə ürək bağlaması lazımdır ki, onunla həmişəlik qalıcı olsun. Bu isə Əhli-Beytin (ə) vilayətidir.

(Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən)


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930