Rəcəb ayı gəlməzdən əvvəl, bu namazı qılaq!
Mьəllif: admin1
Tarix: 22-01-2023, 10:34
Rəcəb ayı gəlməzdən əvvəl, bu namazı qılaq!
İlahi övliyalar Rəcəb ayı gəlməmişdən əvvəl ona hazırlaşardılar. Bu aya daxil olmaq üçün bəzi ədəb qaydaları tövsiyə edilmişdir.

O cümlədən:

1. Tövbə.

2. Allahdan tövfiq istəmək.

3. Haqqun-nası əda etmək.

4. Qəlb kinini və xəstəliklərini aradan qaldırmaq.

Din alimlərimiz məsləhət görürlər ki, Rəcəb ayı daxil olmazdan əvvəl yaxşı olardı ki, mömin tövbə namazını əda edərdilər.

Ondan əvvəl “Kəsa” hədisini və ya “Aşura” ziyarətini oxuyardılar.

Əvvəl tövbə qüslü almaq lazımdır. Sonra dəstəmaz. Sonra bu aya məxsus olan xüsusi tövbə namazını qılmaq lazımdır.

Bu, 4-rükətli namazdır (2 ədəd 2-rükətli namaz). Hər rükətdə “Həmd”dən (“Fatihə”dən) sonra 3 “Tövhid” (“İxlas”), bir “Fələq” və bir “Nas” surəsi oxunur.

Birinci namazın qunutunda 70 dəfə istiğfar oxunur.

İkinci namazın qunutunda 300 dəfə “Əl-əfv” zikri deyilir.

Salamdan sonra səcdədə 70 dəfə “Əstəğfirullah” və 1 dəfə “Lə həulə və lə quvvətə illə billəh” zikri deyilir.

Bu namazın fəziləti barəsində deyilir ki, hər kim bu namazı qılarsa, tövbəsi qəbul olunar.

Günahları bağışlanar.

Namazqılan və ailəsi üçün bərəkət mənbəyi olar.

Qiyamət günü kiminsə ondan alacağı vardırsa, ondan razı qalar.

Dünyadan imanlı gedər.

Qəbir onun üçün geniş və nurani olar.

Ata və anası ondan razı olar.

Allah onları da bağışlayar.

Ruzisi artar.

Ölən zaman, Ölüm mələyi onunla mehriban olar. Canını asan şəkildə alar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031