İnsanların ən pisi kimdir?
Mьəllif: admin1
Tarix: 11-02-2021, 21:07
İnsanların ən pisi kimdir?
Mərhum Ayətullah Seyid Əhməd Zəncani (Ayətullah Şübeyri Zəncaninin atası) dəyərli “Ərbəiniyyat” kitabında yazır:

Həzrət Rəsuli-əkrəm (s) buyurdu:

عَنِ الصَّادِقِ عَنْ أَبِيهِ عَنْ آبَائِهِ علیهم السلام عَنِ النَّبِيِّ صلی الله علیه و آله قَالَ: شَرُّ النَّاسِ‏ الْمُثَلِّثُ‏ قِيلَ يَا رَسُولَ اللَّهِ وَ مَا الْمُثَلِّثُ قَالَ الَّذِي يَسْعَى بِأَخِيكَ إِلَى السُّلْطَانِ فَيُهْلِكُ نَفْسَهُ وَ يُهْلِكُ أَخَاهُ وَ يُهْلِكُ السُّلْطَانَ

“İnsanların ən pisi musəllis (üç cəhətli) olandır. Dedilər: Ey Allahın rəsulu, musəllis nədir? Həzrət buyurdu: (Dini) Qardaşından hökmrana xəbərçilik edən. Belə şəxs həm özünü həlak edir, həm qardaşını, həm də hökmranı.” (“Biharul-ənvar”, c. 72, səh. 266, h. 16)

Peyğəmbərin (s) onu musəllis (üç cəhətli) adlandırmasının səbəbi budur ki, o, bir sözlə üç nəfəri məhvə doğru aparır:

- Özünü Qiyamət günü min cür bəlaya düçar edir, rəvayətdə də buna işarə olunmuşdur.

- Qardaşını hökmranın işgəncə və əzab-əziyyətinə düçar edir.

- Onun sözünə inanan və onun xəbərçiliyi nəticəsində bir müsəlmanı cəzalandıran hökmranı Allahın qəzəb oduna düçar edir.

Bir sözlə üç nəfəri bəlaya düçar etməsindən əlavə, özünü digər cəhətlərdən üç bəlaya mübtəla edir.

Çünki xəbərçilik etməsində əgər düz sözü demiş olsa, qeybət və xəbərçilik günahlarına düçar olacaq; əgər yalan demiş olsa, onun günahı da əlavə olacaq. Deməli, özü üçün üç cəhətdən cəhənnəm odu alovlandırıb.

Həzrət Əli (ə) buyurur: “Sizlərdən ən pisi xəbərçilik edən, dostlar arasında ayrılıq salan, eybi olmayanlarda eyb axtarandır.”

Ayətullah Seyid Əhməd Zəncani, “Ərbəiniyyat” kitabı, səh. 281.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930