Su öz axdığı səsi eşitməz – eyib axtarmaqla bağlı zərb-məsəllər
Mьəllif: admin1
Tarix: 11-02-2021, 10:19
Su öz axdığı səsi eşitməz – eyib axtarmaqla bağlı zərb-məsəllər
Eyib axtarmaq – rəzil əxlaqi sifətlərdəndir ki, Qurani-Kərim onu qadağa etmişdir.

Eyib axtaranı məzəmmət etmişdir. Hamı yaxşı bilir ki, eyib axtarmaq – çirkin və bəyənilməyən sifətlərdəndir.

İnsanların eybini və büdrəmələrini axtarmaq – düşmənçilik və həsəddən qaynaqlanar. Bəzən insanın əxlaqında elə bir pis sifət meydana gəlir ki, başqalarının eybini axtarmaqdan və aşkar etməkdən sevinir və xoşhal olur.

Baxmayaraq ki, heç bir düşmənçiliyi və kini yoxdur. Quran başqalarının eybini axtaranı, ən pis insan adlandırmışdır.

Bununla bağlı zərb-məsəllərə diqqət edək:

Su öz axdığı səsi eşitməz.

Qozbel insan öz qozbelini görməz.

Tikanı başqalarının gözündə görür, oxu öz gözündə görmür.

Qazan qazana deyər: Üzün qara olsun.

Öz eybini heç kəs bilməz.

Hər kim öz eybini görər – hamıdan daha bəsirətlidir.

Sən özün başdan-başa eyibsən, niyə başqalarının eybini ifşa edirsən?

Öz eybini gör və başqalarının eybini görmə.

Eyib axtaran hamının eybini axtarar.

O kəs ki, başqasının eybini axtarar, aydındır ki, öz eybini tanımamışdır.

O kəs ki, sənin eybini deyər – sənin dostun odur. Əgər gizlədərsə – sənin ilanındır.

O kəs ki, mənim eybimi məndən gizlədər – əgər gözümün əzizi olsa belə, mənim düşmənimdir.

Hər kimin eybini axtarsan, sənə tərəf də qayıdacaqdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031