Qadınların ən yaxşısı və ən pisi – islah üçün əməli resept
Mьəllif: admin1
Tarix: 11-02-2021, 10:16
Qadınların ən yaxşısı və ən pisi – islah üçün əməli resept
Həzrət Peyğəmbər (s) buyurur: “Siz qadınların ən üstünü – o qadındır ki, çoxlu övladı olsun, ərini sevsin, iffətli olsun, qohumları arasında əziz olsun, ərinin yanında təvazökar olsun.

Əri üçün bəzənsin, başqalarından xəcalət çəksin və iffətli olsun. Əri hər nə deyərsə, ona itaət etsin”.

Sonra buyurur: “Siz qadınların ən pisi o qadındır ki, qövmü arasında xar olar, ərinə hakim olar, övlad dünyaya gətirməz, kinli olar, çirkin və qəbahətli işlərdən çəkinməz, əri olmayan zaman bəzənər. Nə zaman əri evə gələr, özünü ondan gizlədər. Ərinə itaət etməz, ərinin təqsirindən keçməz”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa hədisdə buyurur: “Qureyşin qadınları – ən üstün müsəlman qadınları, ərlərinə və övladlarına qarşı ən çox mehriban olan qadınlar, ərlərinə qarşı ən əmin və ərlərindən qeyrisinə qarşı ən iffətli qadınlardır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətimin ən üstün qadınları – o qadındır ki, başqalarından daha çox üzügülərdir və mehriyyəsi yüngüldür”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031