Təvəkkülün amilləri hansılardır?
Mьəllif: admin1
Tarix: 9-02-2021, 21:33
Təvəkkülün amilləri hansılardır?
Həzrət Peyğəmbər (s) buyurur: “Cəbrayildən soruşdum ki, təvəkkül nədir?

Buyurdu: “Bu həqiqətdən agah olmaq ki, məxluq nə ziyan vurur və nə də əta edir. Gözünü insanların əlindən və sərmayəsindən çəkir.

O zaman ki, bəndə belə olar – Allahdan başqası üçün iş görməz, Ondan qeyrisinə ümid bəsləməz. Bunların hamısı təvəkkülün həqiqəti və sərhədləridir”.

Təvəkkül insan həyatında müsbət təsirlərə malikdir. Ona görə də yaxşı olar ki, hamımız təvəkkülün amilləri ilə də tanış olaq

1. İnsan öz zati acizliyinə diqqət edər. O kəs ki, özünü Allah qarşısında aciz görər, onda təvəkkül üçün zəminələr meydana gələr.

“Ey insanlar, sizin hamınız Allaha möhtacsınız. Allah isə (heç kəsə) möhtac deyil. (Onun) sifətləri və işləri öyülmüşdür (O, bəşərin xaliqi, qoruyucusu və ruzi verənidir, beləliklə məxluqlar tamamilə möhtac, O isə əsla möhtac deyil)”. (“Fatir” 15).

2. Allahın mütləq qadir olmasını dərk etmək. “Əgər Allah sənə bir zərər-ziyan yetirsə, onu Ondan başqa dəf edən yoxdur və əgər sənə bir xeyir yetirsə (onun da davam etməsi və aradan getməsi Onun əlindədir çünki,) həqiqətən, O, hər bir şeyə qadirdir”. (“Ənam” 17).

3. Yəqin əldə edəsən ki, sənin Allahın mütləq alimdir. “Buna görə də tezliklə (əzab nazil olanda və digər aləmdə) sizə dediklərimi xatırlayacaqsınız. Mən öz işimi Allaha tapşırıram. Çünki Allah bəndələri(n halını) görəndir”. (“Ğafir” 44).

4. Allahın Xaliq olmasına yəqinlik əldə etmək. “De: «Əgər Allah sizə bir pislik və əzab, yaxud bir yaxşılıq və mərhəmət istəsə, Ondan (Onun iradəsindən, istəyindən) sizi kimdir qoruyan?! Və əsla onlar özləri üçün Allahdan savayı bir hami və yardımçı tapmazlar». (“Əhzab” 17).

5. Təvəkkülü səadət mənbəyimiz bilək. «Allah bizi öz yollarımıza (dünya və axirət kamilliklərinə) hidayət etdiyi halda, biz nə üçün də Ona təvəkkül etməməliyik?!

Şübhəsiz, bizə verdiyiniz əzab-əziyyətlərə səbir edəcəyik. Təvəkkül edənlər gərək yalnız Allaha təvəkkül etsinlər». (“İbrahim” 12).

6. Bütün işlərin sonu Allaha gəlib çatır. “Göylərin və yerin gizli sirləri Allaha məxsusdur (Onun mülk, qüdrət və elminin əhatəsindədir) və (varlıq aləmində) bütün əmrlər və işlər (səbəb-nəticə qanunu yolu ilə) Ona qayıdır. Buna görə də Ona ibadət et və Ona təvəkkül et. Və Rəbbin etdiklərinizdən əsla xəbərsiz deyildir”. (“Hud” 123).

7. Allah Təala həqiqi Rəzzaqdır. “Allahın yerinə onlar üçün göylərdən və yerdən heç bir ruziyə sahib olmayan və heç bir qüdrətləri də olmayan şeylərə ibadət edirlər”. (“Nəhl” 73).

8. Mütləq hakimiyyət Allaha aiddir. “De: «Əgər bilirsinizsə (deyin görək: Onun istəyi ilə vücuda gəlmiş) hər bir şeyin sahibliyi və onlar üzərində hakimiyyət əlində olan, (istədiyinə) sığınacaq verən və (əzabı) müqabilində heç bir kəsə sığınacaq verilməyən kimdir?»”. (“Muminun” 88).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930