İnsanın behiştə düşməsi ananın razılığından asılıdır
Mьəllif: admin1
Tarix: 8-02-2021, 20:35
İnsanın behiştə düşməsi ananın razılığından asılıdır
Ananın məqamını ən gözəl şəkildə Həzrət Peyğəmbər (s) təsvir etmiş və buyurmuşdur: “Behişt ananın ayaqları altındadır”.

Bir ananın həyat həqiqəti – eşq bəsləmək, sevmək və fədakarlıq etməkdir. Əgər ananın zəhmətini kiçik hesab etsək, böyük bir səhv etmiş olarıq.

Çünki onun işi – insan yetişdirmək və ona fəzilətli sifətlər aşılamaqdır. Ana bu vəzifəsini yerinə yetirən zaman qürür və təkəbbürünü kənara qoyar və onu fədakarlıqla əvəzləyər.

Analar tarix boyu ali məqama malik olublar. Hər bir millətin ana barəsində maraqlı hekayələri və dastanları vardır.

Hədislərin birində oxuyuruq ki, günahkar bir insan əziz Peyğəmbərin (s) xidmətinə gəlir və peşman olduğunu aşkar edir və soruşur: “Necə edim ki, Allah məni tez bağışlasın?”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ata və anandan kim sağdır?”.

Deyir: “Atam”.

Buyurur: “Ona xidmət et”.

O günahkar insan gedəndən sonra Həzrət (s) səhabələrinə buyurur: “Əgər bu kişinin anası olsaydı və ona xidmət etsəydi, günahları sürətlə bağışlanardı”.

Ana sevgisi – Allahın kəramətlərindəndir. Onu heç kim maddi bir şeylə ölçə bilməz. Ana övladını o qədər sevir ki, ona görə canından belə keçməyə hazır olur. Bu sevgi – İlahi sevgidir ki, anaların qəlbinə qoyulmuşdur.

İslam dininin nəzərinə görə, ananın məqamı o qədər ucadır ki, insanın behiştdə düşməsi – onun razılığından asılıdır. Əgər ana övladından razı deyildirsə, bu zaman onun behiştə daxil olması çətin olacaqdır.

Ona görə dinimiz buyurur ki, ananız sağ olan zaman onun xidmətində durun və onun razılığını qazanmağa çalışın.

İmam Səccad (ə) anasına o qədər ehtiram qoyardı ki, onunla bir qabda yemək yeməzdi. Çünki qorxardı ki, o tikəyə əl uzatsın ki, anası onu yemək istəmişdir.

Burada söhbət İmamın (ə) əsil anasından getmir, bəlkə dayəsindən gedir. İmamın (ə) əsil anası doğuş zamanı dünyasını dəyişmişdir.

İmam (ə) anası haqqında dua edən zaman buyurardı: “Allahım! İbadətimi valideynim üçün qeydə al. Mənə mərhəmət tövfiqi əta et ki, onun istəyini öz istəyimdən üstün biləm. Onun barəsində ehtirama riayət edim”.

Ana haqqı o qədər yüksəkdir ki, ödənilə bilinmir.

Həzrət Peyğəmbər (s) buyurur: “Atanın haqqı budur ki, ona həyatı boyu itaət edəsən. Ancaq ananın haqqını heç bir zaman əda edə bilməyəcəksən.

Hətta səhradakı qumların sayı qədər və yağış damcıları qədər günlər xidmətində olsan, hamiləlik dövründə çəkdiyi zəhmətlərin yerini verə bilməyəcəksən”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930