Necə olur ki, insan günaha öyrəşir?
Mьəllif: admin1
Tarix: 8-02-2021, 14:16
Necə olur ki, insan günaha öyrəşir?

Günah özü qabar olduğu üçün qəlbin üzərini örtər və qəlbi bulaşdırar. Bu zaman insan günaha qarşı yavaş-yavaş laqeyd olar.

O zaman ki, insan günaha qarşı laqeyd olar, günah mövzusunda səhlənkarlıq edər. O, artıq günahına görə tövbə etməyə də meylli deyildir.

Çünki günahın özünü günah hesab etmir. Get-gedə həqiqətləri də inkar edir və axırı şirkə və küfrə gedib çıxır.

Misal üçün, əgər kimsə çirkli əli ilə təmiz aynanı çirkləndirərsə, ona lazımdır ki, bu ləkələri tez bir zamanda təmizləsin.

Əgər zaman keçərsə, bu ləkələr aynanın simasını qaraltmağa başlayarlar. Günah da o cürdür. O zaman ki, bir müddət insan nəfsində qalar, ruhu çirkləndirər.

İmam Sadiq (ə) buyurur ki, İmam Baqir (ə) dəfələrlə buyurardı: “Qəlb üçün heç bir şey günahdan pis deyildir. Bu günah o zaman ki, qəlbə daxil olar, əgər tez bir zamanda aradan getməzsə, bu qəlbi dəyişdirəcəkdir, yəni alt-üst edəcəkdir”.

O zaman ki, qəlb alt-üst olar, əgər bütün aləmdəkilər bu insana nəsihət versələr də, artıq ona təsir etməyəcəkdir. Çünki bu qəlbin qulağı və gözü yerini dəyişdirmişdir və nəsihət eşitmir.

Günah onu alt-üst etmişdir. Yəni, qəlbin yuxarısını aşağı və qəlbin aşağısını yuxarı qaldırmışdır. Bir kasaya bənzəyir ki, əgər kimsə onu çevirsə, yağış yağan zaman heç bir damcı içərisinə düşməyəcəkdir. Qəlb də bu cürdür.

Ona görə imkan verməyin ki, qəlbiniz bu hala düşsün və ruhunuz günaha vərdiş etsin. Günahla üzləşən zaman ilk etməli olduğunuz şey – tövbədir.

(Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031