Təkəbbür etmək nə vaxt pis sayılmaz?
Mьəllif: admin1
Tarix: 8-02-2021, 14:13
Təkəbbür etmək nə vaxt pis sayılmaz?
Hədislərimiz buyurur ki, təkəbbür hamı üçün pisdir, məgər qadına naməhrəm qarşısında təkəbbür etməyə icazə verilir. Qadında gərək təkəbbür sifəti olsun.

Xoşbəxtlikdən İslam dinində bizim bir çox nümunəvi qadınlarımız vardır ki, onlardan ən üstünü Siddiqeyi-Kubradır (s.ə). Onun qızı Zeynəb (s.ə) də bu kimi banulardan biridir.

Həzrət Zeynəb (s.ə) Mədinədə olan zaman həyat yoldaşı, ana və üstün bir qadın rolunu çox gözəl şəkildə icra etmişdir. Onun Mədinədə Kərbəladan əvvəlki şəxsiyyəti ən üstün və məşhur idi.

Əgər fərz etsək ki, Kərbəla hadisəsi heç olmamışdır, Həzrət Zeynəb (s.ə) yenə də ən üstün şəxsiyyət və insan olaraq nümunə hesab olunur.

İstər elmi cəhətdən, istər təqva cəhətdən, istər pak ətəkli və iffət cəhətindən, istər əxlaq cəhətdən dini inancı olan hamı üçün əxlaq müəllimi hesab olunur.

Belə bir şəxsiyyətə malik olan qadın, anidən elə təhlükəli vəziyyətdə qərar tutur ki, Kərbəlaya getməli olur. Ona Kərbəlada olan hadisəyə rəhbərlik etmək tapşırılır və o da itaət edir.

Qərara alır ki, yola düşsün və Mədinədə olan hər şeyindən əl çəksin. Xanım bu vəzifəsini yerinə yetirmək üçün Mədinədə olan hər şeyindən – ərindən, ev-eşiyindən əl çəkir. Xanım Zeynəb (s.ə) – o bütün qadınlar üçün örnək olan banudur.

Bu gün cəmiyyətdə maddi mühit hakim olduğu üçün, ailələrin bünövrəsi süstdür. Kaş ki, mətbuat vasitələri ailənin nə qədər mühüm bir nemət olduğunu insanlara çatdıra biləydi.

Müsəlman qadın ailənin daxilindən tutmuş, cəmiyyətin daxilinə qədər – istər elmi məsələlərdə, istər siyasi məsələlərdə, kömək çatdırmaqda, əxlaqi dəyərlərdə – bunların hamısında mühüm rola malikdir.

Xoşbəxtlikdən inqilab zamanı bunların hamısını nümayiş etdirmişdilər. Bu gün qadınların çoxu mənəvi dəyərlər əvəzinə, maddi dəyərlərə üz çeviriblər.

Daha çox bəzənməyə, modlu paltarlar geyinməyə, puç dəyərlərə üz tutublar. Bu, İslam düşmənlərinin siyasətidir ki, bu yolla qadınlar və kişilərin zehnini məşğul edirlər. Ancaq İslam cəmiyyəti bu şeylərə az əhəmiyyət verir”.

(Ali Dini Rəhbərin xütbələrindən)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031