Nəsuh tövbəsinin 2 mənası
Mьəllif: admin1
Tarix: 7-02-2021, 21:27
Nəsuh tövbəsinin 2 mənası
Qurani-Kərimin “Təhrim” surəsində bizə nəsuh tövbəsini yerinə yetirmək əmr edilmişdir. “Ey iman gətirənlər, Allaha – xalis bir tövbə edin, ümid olunur ki, Rəbbiniz sizin günahlarınızı örtsün”. (“Təhrim” 8).

Bəs bu nəsuh tövbəsi nədir?

Nəsuh tövbəsi üçün bir neçə şərtlər qeyd etmişdilər. Biri budur ki, nəsihətdir və bu tövbənin özü insanı nəsihət edir. Ya başqalarını əməldə ixlasa dəvət edir.

“Nəsuh” sözünün özü “nəsihət” sözündən götürülmüşdür. Nəsihət – yəni xalis olmaq. Bu, onun mənalarından biridir.

Misal üçün, nə zaman desələr ki, bal nəsuhdur, yəni bu bal xalisdir. Bu tövbə də xalis olduğu üçün insanı günahlardan paklayar.

İmam Sadiqin (ə) nəzərində nəsuh tövbəsi.

Həzrət İmam Cəfər Sadiqə (ə) sual verirlər ki, nəsuh tövbəsi nədir? Həzrət (ə) buyurur: “Bəndə günahına görə tövbə edər və bir daha günaha bulaşmaz”.

Yəni, həqiqətən və xalis şəkildə günahı tərk edər. Həm günahın özünü və həm də ona olan əlaqəsini tərk edər. Bu, birinci mənasıdır, yəni xalis olmaq mənasıdır.

İkinci mənası odur ki, nəsuh xalisən Livəchillahdır. Yəni, nəsuh bal qeyrisindən xalis olan baldır. Mumdan xalisdir ki, bu ikisi bir-birindən ayrılıq vəchidir.

Mərhum Muhəqqiq Tusi bu əqidədə idi ki, əgər kimsə cəhənnəm əzabına görə günahından tövbə edərsə, bu nəsuh olmaz. Çünki xalis deyildir.

O, günahın pis olmasına görə tövbə etməmişdir. Bəlkə cəhənnəm əzabının qorxusundan tövbə etmişdir. Ona görə də bu tövbə xalis və nəsuh deyildir.

Mərhum Şeyx Bəhayi bu sözü qəbul etmir və buyurur ki, əgər insanların cəhənnəm qorxusu ilə yerinə yetirdikləri ibadətləri qəbul olunursa, deməli, cəhənnəm qorxusundan etdikləri tövbələri də qəbul olunur.

Nəsuh sözünün mənalarından biri də tikməkdir. Günahkar insan bəndəlik pərdəsini cırmış olur və tövbə edərkən, həmin pərdəni yenidən tikər.

Beləliklə deyə bilərik ki, nəsuh tövbəsi o tövbədir ki, xalis olar. Onu yerinə yetirən zaman insan günahdan xalis şəkildə paklanar. İnsanın cəhənnəm qorxusu ilə belə etdiyi tövbələri – qəbul olunan tövbələrdir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930