Məşhur sufi Bayezid Bəstami həqiqətən İmam Sadiqin (ə) tələbəsi olub?
Mьəllif: admin1
Tarix: 7-02-2021, 11:17
Məşhur sufi Bayezid Bəstami həqiqətən İmam Sadiqin (ə) tələbəsi olub?
Bayezid Bəstami (vəf. 875) miladi IX əsrin əvvəllərində İran ərazisində doğulmuşdur. Bəzi mənbələrdə onun İmam Sadiqdən (ə) dərs aldığını və o həzrətin evində supaylayan kimi xidmət etdiyini yazmışlar.

Guya bir müddət xidmətdən sonra İmam Sadiq (ə) onu azad etmiş, öz oğlu Mühəmmədi də Bayezidlə birlikdə Bəstam şəhərinə yollamışdı.

Onlar Bəstamda bir müddət fəaliyyət göstərmişlər. Mühəmməd əvvəl vəfat etmiş, Bayezid Bəstami də dünyasını dəyişəndən sonra onun məzarının yanında torpağa tapşırılmışdı.

Lakin Bayezid Bəstaminin yaşadığı illər İmam Sadiqin (ə) zamanı ilə uyğun gəlmir və onun İmamla görüşməsi tarixi baxımdan mümkün deyil.

Buna görə bəzi tədqiqatçılar Bayezidin əslində İmam Rzaya (ə) şagirdlik etdiyini və o həzrətdən İmam Sadiqin (ə) irfan yolunu öyrənib əxz etdiyini sübuta yetirməyə çalışmışlar.

Bəzi araşdırmaçıların fikrincə Bəstam şəhərində Bayezid künyəli iki arif yaşamışdır. Onlardan yaşca böyük olan İmam Sadiqlə (ə) müasir imiş.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031