Atəşpərəstlər əhli-kitaba aiddirmi?
Mьəllif: admin1
Tarix: 7-02-2021, 11:14
Atəşpərəstlər əhli-kitaba aiddirmi?
Bu mövzuda müsəlman alimləri arasında fikir ayrılığı vardır.

Əhli-sünnə məzhəbində klassik dövr alimlərinin əksəriyyəti atəşpərəstləri (məcusiləri) əhli-kitabdan saymamışlar, lakin İmam Şafii onları əhli-kitab hesab etmişdir.

Cəfəri məzhəbinə əsasən, keçmiş alimlərin əksəriyyəti əhli-kitab anlayışına atəşpərəstləri aid etmirdi. Son dövr müctəhidlərin bir qismi isə fərqli istiqamətdə fətva vermişlər.

Hazırda şiə aləmində böyük nüfuz sahibi olan mərceyi-təqlidlərin bir neçəsi, o cümlədən, Ayətullahül-üzma Seyyid Əli Sistani, Seyid Əli Xameneyi və Nasir Məkarim Şirazi atəşpərəstləri əhli-kitab qismindən hesab edirlər.

Bu mövqeyi müdafiə edənlər Həzrət Peyğəmbərin (s) atəşpərəstlərdən cizyə aldığı və onları əhli-kitabdan saydığı barədə hədislərə istinas edirlər.

Cəfəri məzhəbinin hədis mənbələrindən olan “Vəsailüş-şiə” kitabında Peyğəmbərə (s) istinadən verilmiş hədisdə o həzrətin məcusilərdən cizyə aldığı, məcusilərə vaxtilə peyğəmbər göndərildiyi, həmin peyğəmbəri öldürdükləri, ona nazil olmuş, 12 min inək dərisinin üzərində yazılmış kitabı isə yandırdıqları deyilir (Vəsailüş-şiə, 15-ci cild, səh. 126, hədis 20131).
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930