Vəhy nədir?
Mьəllif: admin1
Tarix: 7-02-2021, 11:09
Vəhy nədir?
“Vəhy” sözünün ərəb dilindən tərcüməsi “başqalarının görmədiyi gizli işarə” deməkdir.

Peyğəmbərlərin (ə) Allah-Təaladan aldıqları xəbərlərə vəhy deyilir.

Vəhyin əsas növləri bunlardır: qeyb aləmindən səs eşitmək (məsələn, Həzrət Musa (ə)), peyğəmbərin qəlbinə fikir şəklində ötürülmək, yuxuda vasitəsilə (məsələn, Həzrət İbrahim (ə)) və mələk vasitəsilə çatdırılma (məsələn, Həzrət Muhəmməd Peyğəmbər (s) Cəbrail adlı mələklə görüşüb ondan vəhyi alırdı).

Vəhy yalnız peyğəmbərlərə verilir, peyğəmbər olmayan şəxs vəhy ala bilməz. Amma Allah adi insanın qəlbinə bəzi fikirlər ötürə bilər (buna ilham deyilir və adətən, seçilmiş bəndələrə, övliyalara verilir). Adi şəxsin aldığı ilhamla peyğəmbərə gələn vəhy fərqlənir.

Peyğəmbərin (s) özü və ümməti vəhyə inanıb tabe olmalı və əməl etməlidirlər. Amma adi insanın Allahdan aldığı ilhama başqalarının tabe olması vacib deyil.
(islam.az)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930