İctimai məsuliyyət barədə Xanım Zəhranı (s.ə) özümüzə örnək götürməliyik
Mьəllif: admin1
Tarix: 7-02-2021, 10:43
İctimai məsuliyyət barədə Xanım Zəhranı (s.ə) özümüzə örnək götürməliyik
Xanım Fatimeyi Zəhranın (s.ə) dünyaya gəldiyi gün İslam Aləmində ən əzəmətli günlərdən biri hesab olunur. Bu günün müqəddəsliyinə dəlil olaraq Allah Təala Rəsulallaha müjdə verir; Qurani Kərimin Kövsər surəsini nazil edir.

Peyğəmbər buyurur: "Allah Fatimənin qəzəbilə qəzəblənir, onun sevincilə sevinir. Fatimə (s.ə) mənim bədənimin bir parçasıdır. Kim onu incitsə, məni incidib, onunla düşmənçilik edən mənimlə düşmənçilik edib. Fatimə (s.ə) mənim qəlbimdi, ruhumdur.”

Bizim üçün əsas və mühüm budur ki, bu zülmət dolu dünyada yolunu azmağa meylin çoxaldığı bir zamanda hidayət yolunda qalmağımız, dünya və axirət xoşbəxtliyini əldə etməyimiz üçün Fatimeyi Zəhranı (s.ə) tanıyaq, onun həyatda yaşam tərzini öyrənək və onu özümüz üçün nümunə qərar verək.

Həzrəti Fatimeyi Zəhranın (s.ə) həyat yoldaşı ilə davranışını, uşaqların necə tərbiyyə edilməsini ondan nümunə götürək.

İctimai məsuliyyət, o cümlədən məhrum və kimsəsiz ailələrə qarşı fədakarlığı, sadə yaşam tərzi, Allah qarşısında ibadət və dua etməsi bizim üçün örnək və nümunə olmalıdır.

Bir daha başda İmam Zaman (ə.f) olmaqla bütün dünya müsəlmanlarını Xanım Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibətilə təbrik edir, o Həzrətin şəfaətini hamımıza nəsib olmasını arzu edirəm.”

İlahiyyatçı alim İmamcümə Hacı Əziz Nəbiyev
(Az.shafaqna.com)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031