Ehsanın cavabı necə olmalıdır?
Mьəllif: admin1
Tarix: 3-02-2021, 21:51
Ehsanın cavabı necə olmalıdır?
Əgər kimsə bizə qarşı ədəb göstəribdirsə, istər dillə olsun, istərsə də yazılı – biz gərək buna cavab verək.

Əgər deyilən sözü, ya yazılan yazını cavabsız qoymasaq – bu olur ədalət. İkinci dəfə əgər biz həmin şəxsə məktub yazsaq və ya müşkülünü həll etsək, bu zaman bu əməl olur ehsan.

Quran buyurmur ki, ehsanın cəzası ədalətdir. Buyurur ki, ehsanın əvəzi ehsandır. Biz əgər çətinliyə malik olsaq və kimsə onu həll etsə və sonra əgər onun çətinliyi olsa və biz onu həll etsək – bu olur ədalət.

Çünki biz borcluyduq və borcumuzu qaytardıq. İkinci dəfə əgər onun yenə çətinliyi yaranarsa və biz ona yardım edəriksə, bu olur ehsan.

İmam Əli (ə) buyurur ki, əgər kimsə sizə ədəbli bir məktub yazıbdırsa, siz də həmin məktubun cavabını vermisinizsə bu olur ədalət. Əgər ikinci dəfə ədəb edərək məktub yazsanız bu olur ehsan.

İmam Sadiq (ə) buyurur: “Bir-birinizi görməyə gedin. Çünki bir-birinizi görməyiniz – sizin qəlblərinizin dirilməsinə səbəb olar. Bizim hədisləri yada salar, sizi bir-birinizə qarşı mehriban edər”.

Hamımız yaxşı bilirik ki, daşı daşın üzərinə qoysaq, dayanmaz. Belə ki, əgər kimsə ev tikmək istəyirsə və daşı daşın üzərinə qoyursa ki, ev tiksin – daş dayanmaz və düşər.

Bunun üçün həmin daşı o biri daşa birləşdirəcək maddə lazımdır. İmam (ə) buyurur ki, bizim buyuruşlarımız həmin birləşdirici maddədir.

Məsumların (ə) buyurduğuna görə, biz adil olmalıyıq. Bizim vəzifəmizdir ki, ehsan edək. Çünki ehsan ədalətdən daha üstündür.

Beləliklə deyə bilərik ki, ehsanın cavabı – ehsandır, ədalət deyildir. Əgər kiməsə ehsan etmək istəyiriksə, onun ehsanı qarşısında ona gərək ehsan edək, ədalət etmək asandır. Yəni, ikinci dəfə çalışıb onun çətinliyini həll etmək lazımdır ki, olsun ehsan.

Çünki dinimiz bunu istəyir. İstəyir ki, insan ancaq əvəz verməklə kifayətlənməsin. İstəyir ki, insanlar öz ətrafında olanlara qarşı rəğbətsiz olmasınlar. Həmin ayıq qəlblə başqalarının ehsanına ehsanla cavab versinlər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031