Lev Tolstoy: "Xahiş edirəm, məni Məhəmmədi hesab edin"
Mьəllif: admin1
Tarix: 31-01-2021, 10:49
Lev Tolstoy: "Xahiş edirəm, məni Məhəmmədi hesab edin"
Lev Nikolaeviç Tolstoy (1828-1910) - dahi rus yazıçısı, mütəfəkkir, rus ədəbiyyatında və tarixində önəmli payı olan biridir. O bizə daha çox yazıçı kimi məlumdur.

Onun fəlsəfi görüşləri, Allah, ruh, elm, məhəbbət, həyatın mənası haqqında düşüncələri əks olunan traktatları bizə çox az məlumdur.

Həyatın mənasını, əxlaqi idealı, gizli ümumi varlığın qanunauyğunluğu üçün əzablı axtarışlar, ruhani və sosial kritisizm kimi məsələlər yazıçının bütün yaradıcılığına hopmuşur.

1870-ci ildən etibarən isə ölüm, günah, tövbə və əxlaqi dirçəliş kimi mövzulara diqqəti xüsusilə artırmışdır.

Onun tamamilə qeyri-adi olan düşüncələri çox vaxt rus cəmiyyəti üçün anlaşılmaz olmuşdur. O, kilsədən qovulmuş və lənətlənmiş, dost-tanışları ondan üz döndərmişlər. Lev Tolstoy 1910-cu ildə, 81 yaşında evdən çıxmış və Astapovo stansiyasında yolda vəfat etmişdir.

Nə üçün böyük yazıçının həyatının sonu bu qədər qəmli olmuşdur və o evdən çıxaraq hara gedirdi? Ola bilsin ki, bu suallara dahi yazıçının bəzi məktubları aydınlıq gətirir.

Kilsə haqqında o belə yazırdı:

"Həyatın mənasını anlamaq üçün kilsənin arxasınca getmək… bu haqqı kilsəyə dünya verib. Və o bu işi "yaxşı" bacarır. Dünya hər şeydə Məsihin təliminə zidd həyat formalaşdırıb.

Kilsə isə, insanlar Məsihin qanununa zidd yaşasalar da, onların qanuna uyğun yaşadıqlarını iddi etmişdir. Bu isə, onunla nəticələndi ki, dünya bütpərəst həyatından da pis bir həyat yaşamağa başladı. Kilsə isə nəinki buna bəraət qazandırmağa başladı, hətta iddia etdi ki, bunun əsasında Məsihin təlimi dayanır".

Açıq tala, mart 1909-cu il.

Müsəlman E. Vəkilovla ailə qurmuş rus qadını Tolstoya yazmışdı ki, onun oğlanları İslam dinini qəbul etmək istəyirlər. Qadın nə etməli olduğunu soruşurdu.

Yazıçı bunun cavabında ona təxminən belə cavab vermişdi: "Məhəmmədiliyi provaslavlıqdan üstün tutmaq məsələsində, mən sadəcə belə bir keçidi cani-qəlbdən təqdir edə bilərəm.

Həqiqi mənasında xristianlıq ideallarını və xristianlıq təlimini yüksək tutan bir insan olaraq, bu mənim üçün nə qədər qəribə olsa da, qətiyyən şübhə etmirəm ki, məhəmmədilik özünün zahiri görkəmi ilə kilsə pravoslavlığından müqayisə edilməyəcək dərəcədə yüksəkdə dayanır.

Elə isə, əgər bir insan sadəcə iki seçim - kilsə pravoslavlığından yapışmaq yoxsa məhəmmədilikdən - qarşısındadırsa, istənilən ağıllı adam öz seçimdə şübhə etməməlidir və hər kəs qarışıq və anlaşılmaz ilahiyyat - üçlük, günahı təmizləmə (iskupleniya), ayinlər, müqəddəslər və onların təsvirləri və qəliz ibadətlər yerinə tək doqma, tək Allah və Onun peyğəmbərini qəbul edərək məhəmmədiliyi üstün tutmalıdır".

Açıq Tala, 15 Mart 1909-cu il.

Yazıçının əzablı axtarışlar nəticəsində formalaşan dünya baxışını daha açıq göstərən başqa bir məktubuna nəzər salaq.

"Əgər siz mənimlə bir inancda olsaydınız çox sevinərdim. Siz mənim həyatımı bir az başa düşərdiniz. Həyatın bütün uğurları - var-dövlət, şan-şöhrət - bunlar heç biri məndə yoxdur.

Dostlarım, hətta ailəvi dostlarım da məndən üz döndərirlər. Bəziləri - liberallar və estetlər - məni Qoqol kimi dəli və ağıldankəm, digərləri - inqilabçılar və radikallar isə - mistik boşboğaz hesab edirlər. Hakimiyyət nümayəndələri məni zərərli inqilabçı, pravoslavlar isə şeytan kimi görürlər.

Etiraf edirəm ki, bu mənə ağırdır… Və buna görə də, xahiş edirəm, mənə sadəcə xeyirxah bir məhəmmədi kimi baxın. Onda hər şey gözəl olacaq".

Açıq tala, apel 1884-cü il

Necə deyərlər, şərhə ehtiyac yoxdur.

(islam.az)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930