Dindar olmayan qohumlarla əlaqəni kəsmək olarmı?
Mьəllif: admin1
Tarix: 30-01-2021, 20:57
Dindar olmayan qohumlarla əlaqəni kəsmək olarmı?


İnsanın ata və anası, övladları ilə əlaqəsini kəsməsi – Allahla olan rabitəsini kəsməsi deməkdir. Quran ata və ana haqqında buyurur: “(Biz) insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik və (dedik:)

«Əgər (atan, anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağa vadar etsələr, onlara itaət etmə. Hamınızın dönüşü Mənə tərəfdir (hüzuruma qayıdacaqsınız). (Mən də) sizə etdiklərinizdən xəbər verəcəyəm»”. (“Ənkəbut” 8).

Allah Təala, ata və ananın məqamının böyüklüyünü bəyan etmək üçün, Özünə itaətdən sonra ata və anaya itaət etməyi vacib buyurmuşdur: «Mənə və ata-anana şükür et ki, (hamının) dönüş(ü) Mənə tərəfdir». (“Loğman” 14).

Hər kim ağvalideyn olar – kəbirə günah etmiş olar. Qohumlarla əlaqəni kəsmək də Allahla rabitəni kəsmək hesab olunur.

Sileyi-rəhm o demək deyildir ki, insan qohumların evinə getsin və onlara baş çəksin. O cümlədən, sileyi-rəhm odur ki, insan onların ehtiyaclarını aradan qaldırsın və onları sevindirsin.

Allah Təala qohumluq əlaqəsini kəsməyi qadağan etmişdir, baxmayaraq ki, bu insanlar dindar olmasa belə.

Ancaq əgər onlarla rabitə yaratmaq dinə ziyan vurarsa, o zaman onlarla rabitəni kəsmək lazımdır. Həmçinin əgər ata və ana övladlarını müşrikliyə düçar etmək istəsələr, onlarla əlaqə saxlamaq da caiz deyildir.

Ona görə də sileyi-rəhmə əməl etməyin qaydaları vardır. Əgər insanın qohumları onun dininə və əqidəsinə ziyan vura bilərsə, bu zaman onlarla rabitə qurmaq məsləhət deyildir.

Yox, əgər belə bir təhlükə yoxdursa, hətta kitab əhli olan qeyri-müsəlman valideynlərlə də əlaqəni kəsmək olmaz.


(Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031