İmanın 4 nişanəsi
Mьəllif: admin1
Tarix: 29-01-2024, 10:28
İmanın 4 nişanəsi
Qurani-Kərim bir çox ayələrində imandan və mömindən bəhs etmişdir. Bəzən də imanla İslamın arasında olan fərqi bəyan etmişdir.

“Bədəvilər dedilər: «Biz (səmimi qəlbdən) iman gətirdik». (Ya Peyğəmbər, onlara) de: «İman gətirməmisiniz. Lakin (zahirdə kəlmeyi-şəhadəti deməklə) «İslamı qəbul etdik» deyin. Çünki iman hələ sizin qəlblərinizə daxil olmayıb.

Əgər (əmrlərində) Allaha və (rəhbərlik göstərişlərində) Onun Peyğəmbərinə itaət etsəniz (Allah) sizin əməllərinizdən (heç nəyi) əskiltməz. Çünki Allah çox bağışlayan və mehribandır»”. (“Hucurat” 14).

Bu ayəyə əsasən, İslamla imanın fərqi ondadır ki, İslam zahiri formaya malikdir. Hər kim şəhadətləri dilində deyərsə, müsəlman hesab olunur.

Ancaq iman – batini bir həqiqətdir. Onun yeri insan qəlbidir. İslam mümkündür ki, müxtəlif səbəblərə qəbul edilsin. O cümlədən maddi və dünyəvi, ya mənəvi və axirəvi.

Ancaq həqiqi İslam dini, mənəvi səbəbdən və elmdən qaynaqlanır. Uca Allah bu ayənin davamında həqiqi möminlər haqqında buyurur:

“Möminlər yalnız Allaha və Onun Peyğəmbərinə iman gətirmiş, sonra (öz imanında) əsla şəkk-şübhə etməyib, mal və canları ilə Allah yolunda cihad etmiş kəslərdir. (Etiqad, söz və əməldə) doğruçu olan onlardır”. (15).

Yəni, imanın nişanəsi ibarətdir:

1. Haqq yolunda şübhəyə malik olmamaq.

2. Mal ilə cihad etmək.

3. Nəfs, can və malla cihad etmək.

4. Doğrucu olmaq.

Bu dəstə möminlər doğruçudurlar. İman ruhu varlıqlarını əhatə etmişdir.

Quranda möminin beş bariz sifəti bəyan edilmişdir. Onların üçü batini və qəlbidir. İkisi isə zahiridir.

1. Allahdan ağıl ilə qorxmaq. Həqiqi möminin qəlbi Allahı yada salaraq, Onun böyüklüyünə görə döyünməyə başlayar.

Bu qorxunun səbəbi – möminin qəlbinin Allahdan qeyrisindən boş olmasına görədir. İnsan yavaş-yavaş bu qorxu vasitəsilə Allaha yaxınlaşar. Mömin Allahı yada salaraq, aramlıq tapar.

2. İmanın çox olması. Mömin insanın imanı Quran tilavəti sayəsində artar. Elə bir tilavət ki, təfəkkür ilə birikdə olar. Bu tiavət sayəsində möminin imanının keyfiyyəti və kəmiyəti çoxalar.

3. Allaha təvəkkül etmək. Həqiqi möminlər bütün işlərində ancaq Allaha söykənərlər. Öz acizliklərindən agahdırlar. Yaxşı bilirlər ki, Allahdan başqa heç kəsə söykənə bilməzlər.

4. Namazı ayaqda saxlamaq. Mömin imanı dilində bəyan etdikdən sonra, iman onun qəlbinə daxil olar. İmanlı mömin namazı ayaqda saxlayar. O, nəinki namaz qılar, bəlkə bu əməli ilə Allahla olan rabitəsini möhkəmləndirər.

5. Allah yolunda infaq etmək. Allahın bəndələri onlara çatan maddi ruzilərə görə simiclik etməzlər. Davamlı olaraq mallarını Allah yolunda xərcləyərlər. Onlar nəinki mallarını, bəlkə elmlərini və düşüncələrini də infaq edərlər.

(Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930