Günahın insana təsirləri
Mьəllif: admin1
Tarix: 28-01-2021, 21:28
Günahın insana təsirləri
Günahın təsirləri vardır və Allahın hikmətindəndir ki, insanın heç bir əməli – istər yaxşı olsun, istərsə də pis – mükafatsız və cəzasız qalmaz. İnsanın yaxşı və pis əməlləri onun taleyini həll edər və xoşbəxt yoxsa, bədbəxt olacağında təsirə malikdir.

Ona görə də hədislərimiz buyurur ki, insan əməli insanın özünə qayıdar. Yəni, insan, əməlinin təsirini elə bu dünyada görər.

Günahın təsirlərindən biri – yaxşı əməllərin puç olmasıdır. Qurani-Kərimdə bu haqda 16 ayə mövcuddur ki, əməllərin məhv olmasından bəhs edir.

Bu ayələrdən belə nəticəyə gəlmək olur ki, böyük günahlar yaxşı əməllərin aradan getməsinə gətirib çıxardar.

Misal üçün deyə bilərik ki, İblisin (lən) təkəbbür üzündən səcdə etməməsi 6 min illik ibadətinin puç olmasına səbəb olmuşdur.

Ayə və hədislərə əsaslanaraq, günahın bəzi təsirləri ilə tanış olaq:

1. Qəlb qəsavəti.

2. Nemətin məhv olması.

3. Duanın həyata keçməməsi.

4. Ruzinin qət olması.

5. Gecə namazından məhrum olmaq.

6. Bəlalardan amanda olmamaq.

7. Yağışın qət olması.

8. Ümumi yoxsulluq.

9. Ömrün qısa olması.

10. Qəm.

Uca Allah bizləri böyük və kiçik günahlardan Özü qorusun!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930