Günahkar insanın namazı qəbul olurmu?
Mьəllif: admin1
Tarix: 28-01-2021, 21:26
Günahkar insanın namazı qəbul olurmu?
O kəs ki, şeytanın vəsvəsələrinə məruz qalaraq, günah etmişdir – bu insanın namazının hökmü necədir?

Bu insanın namazı öz hesabına yazılar. Ancaq o kəslərdən olur ki, bu ayə onlara şamil edilir: “(Onlardan) digər bir dəstə öz günahlarını etiraf edib, yaxşı bir işi başqa bir pis işlə qarışdırmışlar. Ola bilsin ki, Allah onlara nəzər yetirsin. Həqiqətən, Allah çox bağışlayan və mehribandır”. (“Tövbə” 102).

İnsanlar bir neçə dəstəyə bölünürlər:

1. Bəzi insanlar muxlis və muxləsdirlər ki, əməl dəftərlərində fəzilətdən başqa bir şey yazılmaz. Məsum İmamlar (ə) kimi.

2. Bəziləri çox təəssüf ki, o kəslərdir ki, əməl dəftərlərində qaranlıq və zülmətdən başqa bir şey yoxdur. Bunlar o kəslərdir ki, bu ayə onlara şamil edilər:

“Allah onların qəlblərinə və qulaqlarına (bədbəxtlik) möhür(ü) vurmuşdur və onların gözlərində (qəflət) pərdə(si) vardır. Onlara böyük bir əzab veriləcəkdir”. (“Bəqərə” 7).

3. Üçüncü dəstə o kəslərdir ki, bəzən fəzilətə tərəf hərəkət edərlər, bəzən də rəzilətə tərəf. O zamana qədər ki, şeytana təslim olmazlar – onlar öz əqidələri qorunmuş qalar.

Ona görə də nicat üçün ümid vardır. Namaz və ibadətləri öz hesablarınadır. Çünki əqidələrini qoruyublar. İcazə verməyiblər ki, əqidə məsələlərində başqaları onların yerinə söz desin.

(Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930