Kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətli
Mьəllif: admin1
Tarix: 27-01-2021, 21:36
Kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətli
Qurani-Kərim bizə çox şeylər öyrədir:

مُحَمَّدٌ رَسولُ اللَّهِ وَالَّذینَ مَعَهُ أَشِدّاءُ عَلَی الکُفّارِ رُحَماءُ بَینَهُم تَراهُم رُکَّعًا سُجَّدًا یَبتَغونَ فَضلًا مِنَ اللَّهِ وَرِضوانًا سیماهُم فی وُجوهِهِم مِن أَثَرِ السُّجودِ

“Muhəmməd Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər.

Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir.” (“Fəth” / 29.)

Möminlərin xüsusiyyətləri bunlardır. Quran deyir ki, bu cür olmalısınız: Birincisi, “أَشِدّاءُ عَلَی الکُفّارِ” – kafirlərə qarşı sərt olmaq, onların qarşısında tez ovulan xırda daşlar kimi yox, sağlam, davamlı, yenilməz bir sədd kimi möhkəm durmaq.

Müsəlmanlar imperializmin qarşısında durmalıdırlar. ...Onlar bu prinsiplərə riayət etməsələr, bu sərhədləri gözləməsələr, zəlil olacaqlar, alçalacaqlar, fəsad və geriliyə düçar olacaqlar... Mübarək “Ənfal” surəsinin son ayələrində möminlərin bir-biri ilə dostluq və himayədarlığından danışılarkən buyurulur:

أُولٰئِکَ بَعضُهُم أَولِیاءُ بَعضٍ

“...Məhz onlar bir-birilə dostdurlar.” (“Ənfal” / 72.)

Bu, möminlər barədə; növbəti ayədə kafirlər haqda da eynilə belə buyurulur:

بَعضُهُم اَولِیاءُ بَعضٍ

“Kafirlər də bir-birinin dostlarıdır (köməkçiləridir).” (“Ənfal” / 73.)

Həm möminlərin, həm də kafirlərin arasında dostluq və himayədarlıq bağları var. Bu cümlə qrammatik cəhətdən nəqli cümlə olsa da, əslində, əmr cümləsidir və mənası budur ki, İslam dünyasının harasında olmasından asılı olmayaraq, mömin şəxs digər möminlərə qarşı dost münasibətdə olmalı, onlara himayədarlıq etməlidir...

Bunun əksinə, qarşı cəbhədə gördüyü kafirləri özünə dost tutmamalı, onlara dəstək olmamalı, himayəçilik etməməlidir. Kafirlərlə dostluq müsəlmanları bədbəxt edir; hazırda da biz bu dostluğun nümunələrini müşahidə edirik... Daha sonra buyurur:

إِلَّا تَفْعَلُوهُ تَکُنْ فِتْنَةٌ فِی الْأَرْضِ وَ فَسادٌ کَبیرٌ

“Əgər siz bunları (yuxarıda sizə buyurulanları) etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar (İslam zəifləyər, küfr isə artıb qüvvətlənər)”. (“Ənfal” / 73.)

Möminlər öz aralarında bu dostluq və himayədarlığa riayət edib, kafirlərə qarşı isti münasibətdən çəkinməsələr, yer üzündə böyük fitnə-fəsad yaranacaq.

(Ali Rəhbər Ayətullah Xameneinin İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Beynəlxalq Quran Müsabiqəsinin iştirakçıları ilə görüşü zamanı etdiyi çıxışından bir parça – 26 /04/ 2018.)

Maide.az
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031