Tövbə edənin günah etməyən ilə fərqi nədədir?
Mьəllif: admin1
Tarix: 27-01-2021, 21:30
Tövbə edənin günah etməyən ilə fərqi nədədir?
Tövbə edən insanın ən çox diqqət etməli olduğu nöqtə budur ki, nəfsi islah etməyin ən yaxşı yolu – günahı tərk etməkdir.

O kəs ki, müxtəlif günahlara düçar olmamışdır, şübhəsiz ki, tövbə edən günahkardan daha üstündür. O insan ki, hələ günahın dadını bilmir, ona adət etməmişdir – hər bir günaha rahat şəkildə göz yuma bilər.

İmam Əli (ə) bu haqda buyurur: “Günahı tərk etmək, tövbə istəməkdən daha asandır”.

Ancaq o kəs ki, günaha düçar olar, gərək Allahın rəhmətindən ümidsiz olmasın.

Əlbəttə o kəs ki, günah edib sonra tövbə edərsə və o kəs ki, heç bir zaman günah etməmişdir – bu insanlar arasında fərq mövcuddur. Alimlərin bəzisi deyir ki, o kəs ki, günah etməmişdir – ağ kağız səhifəsi kimidir. Ona heç nə yazılmamışdır.

Ancaq o kəs ki, günah edər və sonra tövbə edərsə, ağ kağız səhifəsi kimidir ki, əvvəl ona nəyisə yazılmış və sonra silinmişdir. Hər bir halda aralarında fərq vardır.

Əlbəttə o kəslər ki, tövbə edərlər – günahı tərk etməklə bağlı təcrübə əldə edər və günahdan uzaq olmağa çalışarlar.

Belə ki, öz həyatlarına, ətrafındakılarına və hətta cəmiyyətin həyatına təsir qoyarlar. Bu zaman həqiqi tövbə nəinki günahların üzərini örtər, hətta onu həsənəyə də belə, çevirər.

Hər bir halda bu iki insan arasında fərq vardır. Yaxşı olar ki, insan günah etməsin ki, sonra ona görə tövbə etməli olsun. İnsanın günahdan uzaq durması, günah edib sonra tövbə etməsindən daha üstündür.

Amma günah edibsə, ruhdan düşməsin – istiğfar və tövbə edərək, Allah bəndəliyinə qayıtsın.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031