Küsmək əlacdırmı? – Dinimizin küsməyə münasibəti
Mьəllif: admin1
Tarix: 26-01-2021, 11:05
Küsmək əlacdırmı? – Dinimizin küsməyə münasibəti

İslam dininin küsməyə münasibəti necədir?

Müqəddəs dinimizin küsməyə münasibəti mənfidir, xüsusilə də əgər kiçik bir bəhanə ilə olsa. Hədislərin birində oxuyuruq ki, küsən tərəflərdən hansı biri barışmaq üçün ilk addımı atarsa, Qiyamət günü o biri tərəfdən daha tez behiştə daxil olacaqdır.

İki nəfərin bir-biri ilə əlaqəsini kəsməsinə küsmək deyilir. Küsmək – tənbehin nişanələrindən biridir. Küsmək insanın təbii reaksiyasıdır ki, genetika və ya mühit vasitəsilə insana ötürülür.

Fərqi yoxdur uşaq olsun, ya qadın və ya kişi. İnsanların bir çoxu nakamlıqla üzləşən zaman haqqını əda etmək üçün küsməyə əl atır. Küsən insanların bir-birindən gözləntiləri çox olur.

Hər bir halda İslam dini buyurur ki, müsəlmanın bir-biri ilə üç gündən artıq küsməsi bəyənilən deyildir. Peyğəmbərimiz (s) buyurur: “Hər iki müsəlman ki, bir-biri ilə küsərlər, üç gün küsməklərinə davam edərlər və barışmazlar – hər ikisi İslamdan çıxmış olarlar.

Onların arasında heç bir dini əlaqə qalmaz. Onlardan hansı biri o biri qardaşı ilə ilk danışarsa, Qiyamət günü daha tez behiştə gedəcəkdir”.

Həzrət Peyğəmbər (s) buyurur: “3 gündən artıq küsmək rəva deyildir. Ona görə, əgər bir-biri ilə qarşılaşsalar və onlardan biri salam verərsə və o birisi salamın cavabını alarsa – hər ikisi savabda şərikdirlər. Ancaq əgər cavabını verməzsə, o kəs ki, salam vermişdir – günahdan pakdır və o birisi – günahkardır”.

Küsməyi tərk etmək üçün 7 tövsiyə:

1. Bilin ki, küsmək əlac deyildir və özünüzü tanımağa çalışın. Başqalarını tənbeh etməyin nəticələri ilə bağlı biliklərinizi artırın.

2. Küsmək yerinə öz nəzər və hisslərinizi söyləməyə çalışın.

3. Özünüzə etimadı yüksəldin.

4. Danışmaq məharətlərinizi yüksəldin.

5. Özünə qapanan insanların rabitə qurmaq məharətləri zəif olduğu üçün, küsməkdən daha çox istifadə edərlər. Ona görə də yollardan biri – ictimai rabitələrini gücləndirmək olmalıdır.

6. Qarşı tərəfə hisslərini söyləməyə icazə verin. Bəlkə qarşı tərəf elə söz deyəcəkdir ki, küsməyin qarşısını alacaqdır.

7. Mənfi fikir və rəftarları yavaş-yavaş özünüzdən uzaqlaşdırın. Daha çox müsbət düşünməyə çalışın.

(Ayətullah Məkarim Şirazinin əxlaq dərslərindən)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930