Peyğəmbərimizin (s) anaya müraciəti, cavanı belə xilas etdi
Mьəllif: admin1
Tarix: 25-01-2021, 22:19
Peyğəmbərimizin (s) anaya müraciəti, cavanı belə xilas etdi
Böyük din alimlərinin nəzirinə görə, valideynə əziyyət vermək ömrün qısalmasına səbəb olar. Əksinə, onlara ehtiram göstərmək və yaxşılıq etmək – ömrün uzanmasına gətirib çıxardar.

İmam Sadiq (ə) buyurur: “Allaha pənah aparıram o günahlardan ki, məhv etməkdə tələsən, ölümləri yaxın edən, evləri viran edəndir. Onlar ibarətdirlər: qohumluq əlaqəsini kəsmək, ata və ananı incitmək, ehsan və yaxşılığı buraxmaq (yəni, yerinə yetirməmək)”.

Nəql edilir ki, Peyğəmbər (s) can verən bir cavanın başı üstünə gəlir və kəlmeyi-şəhadətləri ona təlqin edir. Ancaq cavan onları deyə bilmirdi.

Həzrət (s) soruşur: “Bu cavanın anası vardırmı?”.

O qadın ki, Həzrətin (s) yanında idi, deyir ki, mən anasıyam.

Buyurur: “Ona qəzəblisiniz?”.

Deyir: “6 ildir ki, onunla danışmıram”.

Həzrət (s) bu qadından xahiş edir ki, oğlunu bağışlasın və ondan razı olsun. Anası da Həzrətin (s) bu xahişini yerinə yetirir və bu zaman cavanın dili açılır və kəlmeyi-şəhadətləri deyə bilir.

Ona görə də deyə bilərik ki, ata və ananı incitmək çox böyük günahdır və insan bu əməlin aqibətini elə bu dünyada görəcəkdir. Ona görə də hələ ki, fürsətiniz vardır, onları razı salın və onlara ehtiram edin.

Çünki bu insanlar sizi dünyaya gətirib, boya-başa çatdırmışdılar. Onların sizin üzərinizdə zəhmətləri çoxdur.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031