Bu gün səndən böyük dərs aldım - İbrətli hekayə
Mьəllif: admin1
Tarix: 25-01-2021, 22:13
Bu gün səndən böyük dərs aldım - İbrətli hekayə

Alim və ariflərdən biri bahalı atlardan birinə minib səfərə çıxır və bir nəfəri nalə çəkən halda görür.

Səbəbini soruşur və həmin şəxs deyir ki, mən əliləm və yol gedə bilmirəm. Acam və yolumu itirmişəm.

Alim atdan düşür və onu ata mindirir ki, şəhərə aparsın. Həmin əlil atın yüyənini alır və atı çaparaq ondan uzaqlaşır.

Alim fəryad çəkir və deyir: “Ey cavan oğlan! Dayan. Atım da, xurcunda olan da sənin olsun”.

Həmin kişi deyir: “Başa düşmədim. Necə yəni?!”.

Alim deyir: “Bu macəranı heç bir yerdə nəql etmə. Çünki heç bir atlı piyadaya və heç bir sağlam əlilə yardım etməz”.

Cavan atdan düşür və deyir: “Bu gün səndən böyük dərs aldım. Bu, əldə etmək istədiyim sərvətdən də üstündür. Sən həqiqətən böyük alimsən”.
(İslam.az)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930