İxlasın insana 8 səmərəsi
Mьəllif: admin1
Tarix: 23-01-2021, 21:44
İxlasın insana 8 səmərəsi
İxlas o sifətlərdəndir ki, insanı Allaha yaxınlaşdırar və qürb məqamına çatdırar. İnsanın işlərində ixlaslı olması, həmin işin Allah qatında dəyərli olmasına gətirib çıxardar.

İxlasın insan həyatına təsirləri vardır ki, onlarla tanış olaq.

1. İnsanın dəyərini müəyyən edər. Qurani-Kərimin nəzərinə görə, insanın dəyəri onun Allaha yaxın və uzaq olmasına görədir.

O kəs ki, Allaha yaxın olar, Allah qatında başqalarına nisbətən daha çox dəyərə malik olar. Çünki Allaha yaxın olan insanda Allahın sifətləri daha çox təcəlli tapar.

Ancaq o insanlar ki, Allahdan uzaqdırlar – onlar heyvandan da aşağı səviyyədə özlərini salılrlar. “Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq.

Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər.

Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər”. (“Əraf” 179).

İnsanın dəyəri onun dində ixlasının səviyyəsi ilə ölçülər.

2. Hüzur verər. Dinimiz buyurur ki, ixlasın insan həyatına təsirlərindən biri odur ki, insan səadətə çatdığı üçün hüzurlu olar. İnsan keçmişinə görə qəm yeməz və gələcəyinə görə nigaran olmaz.

Əlbəttə, ixlas gərək insanın əməlində büruzə olunsun. İxlasın ancaq zehni olması kifayət deyildir. İxlas, əməl və rəftarda özünü göstərməlidir.

“Bəli, özünün bütün vücudunu Allaha təslim edən kəs, yaxşı əməl sahibi olsa, onun üçün Rəbbinin yanında məqamına uyğun bir mükafat vardır. Onlar üçün (axirətdə heç) bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar”. (“Bəqərə” 112).

3. İlahi rizvana çatar. İxlasın insan həyatına təsirlərindən biri də budur ki, insan İlahi rizvana çatar. “Belə isə, heç Allahın razılığına tabe olan şəxs, (haqqa) Allahın qəzəbi ilə qayıtmış və yeri Cəhənnəm olan şəxs kimidir?! Ora çox pis bir dönüş yeridir.

Onlar (möminlər və kafirlər) Allah yanında təbəqələrdir (bu iki dəstənin hər biri digərinə nisbətdə, həmçinin hər bir dəstə də öz fərdlərinə nisbətdə dərəcələrə bölünmüşdür) və Allah onların etdiklərini görəndir”. (“Ali-İmran” 162-163).

Hər kimin ixlası olar, İlahi riza məqamına çatar ki, ən böyük dərəcələrdən biridir. İnsan ancaq ixlası olarsa, bu dərəcəyə çata bilər.

4. Hər bir halda müvəffəq olar. İxlasın təsirlərindən biri də budur ki, insan hansı halda olursa-olsun müvəffəq olar. Heç bir zaman məğlub olmaz.

“Və de: «Ey Rəbbim, məni (hər bir işin icrasına) haqq və doğruluqla daxil et və haqq və doğruluqla çıxart və Öz tərəfindən mənə Sənin tərəfindən kömək edilmiş və (işlərimdə mənə) kömək edən bir hökmranlıq ver!»”. (“İsra” 80).

5. Zülmdən nicat tapar. Şirk – böyük zülmdür. Hər kim şirkdən xilas olmaq istəyirsə, gərək ixlas əhlindən olsun.

“De: «Mən də sizin kimi yalnız bir bəşərəm, (lakin) mənə vəhy olunur ki: Şübhəsiz sizin məbudunuz tək olan məbuddur. Buna görə də kimin öz Rəbbi ilə görüşə ümidi varsa, gərək yaxşı iş görsün və ibadətdə heç kəsi öz Rəbbinə şərik qoşmasın»”. (“Kəhf” 110).

6. İlahi təqva. Hər kim təqva əldə etmək istəyirsə, gərək dinində ixlaslı olsun. Hər kim təqvanı əldə edər, yəqinə çatar.

“Belə deyildir. Əgər (işin həqiqətini) elmül-yəqinlə (şəkk-şübhə ehtimalı olmayan bir elmlə) bilsəydiniz, Şübhəsiz, Cəhənnəmi (qəlb gözü ilə) görərdiniz (lakin bilmədiniz və görmədiniz). Sonra, şübhəsiz, onu (Cəza günü) eynül-yəqinlə (Cəhənnəmə daxil olub, orada yanmaqdan hasil olan tam bir yəqinliklə) görəcəksiniz”.(“Təkasur” 5-7).

7. Əmin olan yoldur. Allah ixlası əmin olan yol adlandırmışdır. “Və kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, şübhəsiz, möhkəm bir dəstəkdən yapışmış olur. Bütün işlərin aqibəti Allaha tərəfdir. (İnsanın əməlləri mükafat və cəza baxımından Allahın dərgahına qayıdar)”. (“Loğman” 22).

8. Üzrün qəbul olması. İnsan bəzən elə şəraitdə qərar tutur ki, yaxşı işlər görə bilmir. Allah buyurur ki, belə şəraitdə qərar tutan bəndədən qəbul edə biləcəyi şey – ixlasdır.

Əgər insanın ixlası və xalis niyyəti olarsa, bu üzrü qəbul olunar. “(Qadın və uşaqlar kimi) zəiflərə, xəstələrə və xərcləməyə (yolxərci etməyə) bir şey tapa bilməyən kəslərə Allah və Onun Peyğəmbəri üçün (söz və əməldə) xeyirxahlıq edəcəkləri təqdirdə (cihadı tərk etmələrinə görə) bir günah yoxdur (onların boynuna vəzifə düşmür və buna görə də onlara təzyiq göstərilməməlidir). Yaxşı əməl sahiblərinə qarşı (onları məzəmmət etmək və cəzalandırmaq üçün) heç bir yol yoxdur. Allah çox bağışlayan və mehribandır”. (“Tövbə” 91).

Allah Təala bizləri ixlas əhlindən qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930