Eynşteynin İslamı qəbul etməsi barədə sənəd varmı?
Mьəllif: admin1
Tarix: 22-01-2021, 16:41
Eynşteynin İslamı qəbul etməsi barədə sənəd varmı?
Bir sıra xəbər saytlarının Eynşteynin həzrət Ayətullah əl-üzma Bürucerdiyə məktub göndərməsi ilə bağlı materiallar dərc etməsinin ardınca, bu məsələ ilə bağlı onun nəvəsi həzrət Ayətullah Ələvi ilə söhbət olunub.

Ayətullah Ələvi bu haqda deyib: “Cənab Eynşteyn və Ayətullah Bürucerdi arasında birbaşa əlaqə olmayıb; nə cənab Eynşteyn İrana gəlməyib, nə də Ayətullah əl-üzma Bürucerdi Amerikaya getməyib. Lakin onların arasında çox güclü bir vasitə olub və o, professor Hesabi olmuşdur.

Cənab Hesabi həm Eynşteynin şagirdi idi, həm də Ayətullah Bürucerdini çox sevirdi və çox vaxt onun yanına gəlirdi. Mən də Tehran və Qumda professor Hesabi ilə dəfələrlə görüşmüşəm.”

Ayətullah Ələvi həzrət Ayətullah əl-üzma Bürucerdi ilə Eynşteyn arasındakı əlaqəyə dəlalət edən sübutlara toxunaraq deyib: “Həmin vaxtlar, 42 il bundan əvvəl Ayətullah Bürucerdi ilə Eynşteyn arasında əlaqə barədə söhbət ortaya çıxmazdan qabaq professor Hesabi bu barədə mənə belə dedi:

“Eynşteynin nisbilik nəzəriyyəsi elmi dairələrdə ortaya qoyulduqdan sonra bir gün Ayətullah əl-üzma Bürucerdinin yanına gəlmişdim. O, məndən bu nəzəriyyə barədə izah verməyimi istədi.

Mən də bu nəzəriyyəni geniş şəkildə şərh etdim. Ayətullah əl-üzma Bürucerdi dəqiq suallar soruşurdu və mən cavab verirdim. Şərh bitdikdən sonra mənə buyurdu: Mənim salamımı cənab Eynşteynə çatdır və de ki, siz fizikadan metafizikaya pəncərə açmağa müvəffəq olmusunuz.”

Cənab professor Hesabinin mənə danışdığı bu olmuşdur. Bu məsələ göstərir ki, onların arasında professor Hesabi vasitəsilə, ismarış səviyyəsində də olsa, əlaqə olmuşdur. Lakin cənab Eynşteynin müsəlman və şiə olması barədə dəqiq və isbat ediləcək bir məlumat yoxdur.

Eynşteyn çox yaşasaydı, bəlkə də bir çox məsələləri açardı. Ümid edirəm ki, yenidən onun kimi mütəfəkkir beyinlər yetişsin və işləri izləsin və Ayətullah əl-üzma Bürucerdinin təbirincə, fizika aləmindən metafizika aləminə yol açsın.

Əgər maddənin arxası varsa, maddə haqda elm də maddənin arxasına sonunclanmalıdır. Əsasən, tam tanışlıq maddənin o tərəfinə pərvaz edir.

Maddənin arxasna diqqət yönəltmək elə bir mövzudur ki, kiçik bir ehtimal əsasında onu Eynşteyndən inkar etmək olmaz. Bir çox alimlər bu mövzuda işləmişlər. Lakin Eynşteynin bu sahədə hansı səviyyəyə çatmasını araşdırmaq və sübut etmək lazımdır.”

Ayətullah Ələvi həzrət Ayətullah Bürucerdi və Eynşteyn arasındakı məktublaşmanın sübuta yetmədiyini bildirərək deyib ki, belə bir məktub bizdə mövcud deyil, lakin bunu inkar etmək də mümkün deyil, çünki onun bir çox məktublaşması, o cümlədən Əl-Əhzər Universitetinin rəhbəri Şeyx Mahmud Şaltutla məktublaşması da hamıya bəllidir, amma həmin məktublar mövcud deyil. Hər halda bu zəminədə araşdırmalar aparılır.

Ayətullah Ələvi vurğulayıb: “Mən Eynşteyn haqda mütalə etmişəm və araşdırma aparmışam. O, çox geniş və ətraflı bir şəxsiyyət sahibi olmuşdur, təfəkkürü təkcə fizika ilə məhdudlaşmamışdır, bundan əlavə, digər sahələrdə, o cümlədən İslam fəlsəfəsi və kəlam elmi barədə araşdırmaları olmuşdur.

Ona görə də bu məsələdə Eynşteynin dilindən söylənən sual-cavablar və sözlərin ağıldan uzaq bir mətləb olmadığı nəzərə gəlir. Necə ki, Ayətullah əl-üzma Safi də bu barədə deyir:

“Qeyd olunan mövzu (nisbilik nəzəriyyəsi və Ayətullah Bürucerdinin bu barədə fikri) çox uca bir mövzudur, Ayətullah əl-üzma Bürucerdi və Eynşteyndən başqa bir kəs tərəfindən ortaya qoyulması ağlabatan deyil.

Eynşteynə aid edilən yazılarda o, fəlsəfəni mənimsəmiş, həm də islami kəlam elmini yaxşı başa düşmüş, əxbarilərin sözləri, onların məktəbləri, Əllamə Məclisi və digər şəxslərlə tanış olan bir şəxs kimi görünür. Ona görə də kimsənin bu sözləri və sual-cavabı uydurmasını asanlıqla iddia etmək olmaz.”

Ayətullah Ələvi bildirib ki, Ayətullah əl-üzma Bürucerdi də geniş elmi bir şəxsiyyət idi. O, Cahangirxan Qaşqayi və Axund Mollaməhəmməd Kaşinin şagirdi idi, fəlsəfə və irfanın bütün mərhələlərinə yiyələnmişdi, fiqh və üsul elmlərindən əlavə, bir filosof sayılırdı, hədis və təfsir sahələrinə çox məharətli idi.

Həmin elmi zənginliyi əsasında bir çox elmi şəxsiyyətlərlə məktublaşması və söhbətləri baş tutmuşdu. Bu inkaredilməz bir məsələdir.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930