Müsəlman qadının üstünlükləri
Mьəllif: admin1
Tarix: 17-01-2021, 21:05
Müsəlman qadının üstünlükləri
İnsanın mənəvi yüksəlişində əməl və rəftarlar böyük rol oynayır. Elə Xanım Fatimeyi-Zəhranın (s.ə) gənc yaşlarında mənəviyyat və hikmətin ali dərəcələrinə yiyələnməsi məhz onun əməllərinin səmərəsi olmuşdur.

Peyğəmbərin (s) əziz qızı atasının qəm şəriki, fədakar həyat yoldaşı və övladları üçün böyük tərbiyəçi idi. Bu xanım İmam Həsən (ə), İmam Hüseyn (ə) və Xanım Zeynəb (s.ə) kimi şəxsiyyətlər yetişdirmişdir.

O xanım Allaha ibadət etməklə imanını gücləndirdi, mənəviyyatını zənginləşdirdi və qəlbini ilahi nura qərq etdi.

Həyatı boyu dünya bər-bəzəyindən və maddi ləzzətlərdən çəkindi. İslamın müdafiəsi, Peyğəmbər (s) və İmamı (ə) himayə etmək üçün cihad edən ən nümunəvi qadın idi.

Hər bir müsəlman qadın elmə yiyələnmək, özünü tərbiyə etmək, mənəviyyatını saflaşdırmaq və zənginləşdirmək üçün səy göstərməli, dünya bər-bəzəyinə, cah-cəlalına əhəmiyyət verməməli, ismət və iffətlərini qorumalı, ailəsinin, övladlarının və həyat yoldaşının rahatlığını təmin etməli və öz isti qucağında sağlamdüşüncəli və pak insanlar yetişdirməlidir.

Bu gün dünyada “insan və qadın azadlığı” şüarlarını verənlər, həqiqətdə, bəşəriyyətə və qadına ən böyük zülmü rəva görənlərdir. Çünki məhz onlar “qadın azadlığı” şüarı arxasında qadını əyyaş kişilərin əyləncə vasitəsinə çevirmişlər.

Bizim nəzərimizcə, müasir Qərb dünyasının qadın barəsindəki tərzi-təfəkkürü indiyədək qadına edilən zülmlər arasında bənzərsizdir.

Qadına qarşı belə bir kütləvi şəkildə zülm və təcavüzkarlıq müasir Qərb mədəniyyətinin məhsuludur. Bu gün səslənən “qadın azadlığı” şüarı əslində qadınların deyil, əyyaş kişilərin azadlığıdır.

Qərb dünyası qadınlara təkcə ictimai əmək fəaliyyəti sahəsində deyil, incəsənət və bədii ədəbiyyatda da zülm etmişdir. Bu həqiqət Qərbin bədii ədəbiyyatında, kino filmlərində və rəsm əsərlərində öz əksini tapmışdır.

Belə ki, qadın ucuz və əliaçıq bir işçi kimi canlandırılır. Amma İslam bu cəhətləri qadın üçün üstünlük hesab etmir.

İslam qadınların ictimai fəaliyyətinin əleyhinə deyil, əksinə, hətta əgər qadının evdən kənarda əmək fəaliyyətini onun ən mühüm vəzifəsi olan övlad tərbiyəsi və evdarlığı ilə toqquşmadığı təqdirdə zəruri hesab edir. Lakin qadının işləməyi mənəvi və insani dəyərlərin tapdalanması ilə nəticələnməməlidir.

Heç bir ideologiya İslam qədər insana və insanlığa dəyər vermir. İnsan hüquqlarının müdafiəsi İslamın əsas prinsiplərindən biridir. (Ali Rəhbər Ayətullah Xameneinin “Qadınlar günü” münasibətilə etdiyi çıxışından bir parça – 25/9/1371.)


Maide.az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031