Ruzi qapısını açan və bağlayan amillər
Mьəllif: admin1
Tarix: 15-01-2021, 21:33
Ruzi qapısını açan və bağlayan amillər
Müqəddəs Qurani-Kərimin təlimlərinə və hədislərə əsasən belə qənətə gəlmək olur ki, ruzi qazanmaq üçün ilk olaraq səy göstərmək və zəhmət çəkmək lazımdır.

Halal ruzi ardınca olmaq lazımdır. Hər kim ruzi qazanmaq üçün zəhmət çəkər və səy göstərər, Allah ruzi qapılarını onun üzünə açar.

Bununla yanaşı, bəzi amillər vardır ki, ruzinin artmasına və azalmasına təsir göstərir. Bu amillər ilə tanış olaq.

Ruzinin artmasına səbəb olan amillər:

1. Halal ruzi yemək malın bərəkətli olmasına səbəb olar.

2. O evdə ki, başqalarına yemək verilər.

3. Halal ticarətlə məşğul olmaq.

4. Sədəqə vermək.

5. Sağlam mal və əşya satmaq.

6. O mal ki, onun zəkatı verilmişdir – həm bərəkətli olar və həm də Allah onu qoruyar.

7. Möminlərə maddi fayda vermək.

8. Əmanəti sahibinə qaytarmaq və insanlara xəyanət etməmək.

9. Həccə getmək.

10. Evə daxil olan zaman salam vermək.

Ruziyə mane olan amillər:

1. İsraf etmək.

2. Zənginlərin yanında yoxsul olduğunu söyləmək.

3. Haram mala meyillənmək, əl çəkməmək.

4. İffətə zidd əməl yerinə yetirmək.

5. İnsanların ehtiyacı olan malı gizlətmək.

6. İnsanlara xəyanət etmək.

7. O malı yemək ki, yoxsul onu görmüş və ona tamah etmişdir.

8. Halal malın haramla qarışması.

9. Malın zəkatını, xümsünü verməmək.

10. Çəkidə aldatmaq və başqalarının malını oğurlamaq.

Allah Təala cəmi iman əhlinin ruzisini bol və bərəkətli etsin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930