Batini görən göz necə olur?
Mьəllif: admin1
Tarix: 14-01-2021, 21:34
Batini görən göz necə olur?
Ariflər və hikmət əhli üçün axirət aləmi dünyadan daha üstün bir yerdir. Hər nə qədər dünyadan uzaqlaşarlarsa, axirət aləminə daha çox yaxınlaşarlar.

Ona görə də hədislərdən belə nəticəyə gəlmək olur ki, vacibatları yerinə yetirmək və haramlardan çəkinməklə yanaşı, insan gərək müstəhəbləri də yerinə yetirsin və təqvaya əməl etsin.

Bu zaman başqalarından daha çox mənəvi aləmdə yüksəlmiş olacaqdır. Bu cür insanın bərzəx gözü olar və hadisələri həmin gözü ilə görə bilər.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah buyurmuşdur: “O (bəndə), nafilələr ilə Mənim məhəbbətimə tərəf gələr ki, Mən də onu sevəm. O zaman ki, onu sevərəm, onun eşidən qulağı olaram.

O zaman ki, eşidər, gözən gözü olaram. O zaman ki, görər, onun dili olaram. O zaman ki, söz deyər onun əli olaram. O zaman ki, zərbə vurar, onun ayağı olaram.

O zaman ki, yol gedər, o zaman ki, dua edər – yerinə yetirərəm. Əgər Məndən bir şey istəyərsə, ona verərəm””.

Xilqətin ilk günlərindən insanda iki qüvvə: zahiri və batini qüvvə hakim olmuşdur. Onların hər biri insan qəlbini fəth etməyə cəhd etmişdir.

Bu cəhətdən şeytan və əmmarə nəfsin qarşısında İlahi peyğəmbərlər və ağıl qərar tutar.

Əgər bu cür insan Allah qarşısında müti olarsa, bəsirətə və mərifətə çatar. Ancaq Allaha pərəstiş edər və belə insan, mələklərdən də üstün olar.

Bu cür insan ətrafına mərifət gözü ilə nəzər salar və həqiqətləri görər. Bu, elə bir nemətdir ki, hər bir bəndəyə əta olunmaz. Bəsirət gözünə malik olanlar gərək onu qorusunlar.

Qəflətə düşmək və dünyaya diqqət göstərmək – bu gözü zəiflədər. İnsan iman və saleh əməl vasitəsilə bəsirət gözünü gücləndirə bilər.

İmam Əlinin (ə) nəzərinə görə, bəsirət gözünə malik olan insanlar az danışar və seçilmiş sözlərdən istifadə edərlər. Haqqı deyərlər. Dində mətanət göstərərlər.

Yaxşı insanlarla oturub-durarlar. Saleh əməl yerinə yetirərlər. İnsanlarla mehriban rəftar edərlər. Doğruluğu və dostluğu əziz tutarlar. Onlar ədəblidirlər və iffətə malikdirlər. İnsanlara güzəşt edər və əfv edərlər.

Qeybət etməzlər və insanların haqqını yeməzlər. Dünyada zahid kimi yaşayarlar. Sükut edən zaman zikr deyərlər. Əməldə ixlasa malikdirlər. Heç kəslə mübahisə etməzlər.

İmamın (ə) nəzərində, bunlar – bəsirət əhlinin əlamətləridir.

Ayətullah Bəhaəddini buyurur: “Mən qəlb gözü və batini qulağımla adi göz və qulaqla görmək və eşitmək mümkün olmayan şeyləri eşidir və görürəm”.

Beləliklə deyə bilərik ki, bəsirət gözü – elə bir nemətdir ki, hər bir bəndəyə əta olunmaz. İnsan bu neməti əldə etmək üçün səy göstərməlidir. Təqvaya əməl edib, imanında sabit olmalıdır.

Saleh əməllər yerinə yetirib, dünyaya bağlanmamalıdır. Çalışmalıdır ki, müstəhəbləri yerinə yetirsin və nafilələrə əməl etsin. Allah qarşısında müti olsun.

Allah bu cür bəndəsini sevər və ona qəlb gözü və qəlb qulağı əta edər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930