Qiyamət günü yer şəhadət verəcəkdir
Mьəllif: admin1
Tarix: 13-01-2021, 21:18
Qiyamət günü yer şəhadət verəcəkdir
Bir gün gələcəkdir ki, yer üzü həml etdiklərini tökəcək və gördüklərini danışacaqdır. Qiyamət günü kafirləri və münafiqləri təəccübləndirəcəkdir.

“Zəlzələ” surəsinin beş ayəsi bu hala işarə edir.

“Yer özünə məxsus (yaradılışın tarixində yalnız bircə dəfə baş verəcək) bir titrəyişlə titrədiyi zaman, Yer öz qiymətli yüklərini və çox dəyərli mallarını (ölüləri, mədənləri və xəzinələri) çıxarıb atacağı zaman Və (onun köksündən çıxan) insan (təəccüb və dəhşətlə): «Buna, nə olub?!» - deyəcəyi zaman.

Məhz o gün yer öz xəbərlərini açıb söyləyər. (Köksündəkiləri çıxarıb atmağı onun elə danışmasıdır. Yaxud da o elə dilə gələrək danışar). Ona görə ki, sənin Rəbbin ona vəhy etmişdir”. (1-5).

Bəli, Qiyamət günü insanın əleyhinə şəhadət verəcək məxluqlardan biri də yer olacaqdır. O, insanın əməllərini yazan iki mələk kimi Qiyamət günü şəhadət verəcəkdir.

Uca Allah bu surənin sonrakı ayələrində buyurur: “O gün insanlar əməllərinin (haqq-hesabının) özlərinə göstərilməsi üçün (qəbirlərdən) dəstə-dəstə çıxıb (haqq-hesab səhnəsinə tərəf) gələrlər və əməlləri(nin qarşılığı, ya eyni ilə təcəssümü) onlara göstərilsin deyə, (haqq-hesab mərkəzindən öz əbədi məskənlərinə doğru) çıxarlar.

Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir”. (6-8).

Qiyamət elə bir gündür ki, heç kəsin zərrə qədər əməli kənarda qalmaz, hesaba çəkilər. Əgər yaxşı əməldirsə – ona görə savab alar, əgər pis əməldirsə – ona görə cəzalanar.

Bəli, yer da başqa məxluqlar kimi onda olanları görür və bilir. Bu ayələr buyurur ki, ey insan, sən yer üzərində gəzəndə yerin ondan xəbəri olar, onda nə etdiklərindən xəbəri olar. Onda nə danışdıqlarından xəbəri olar.

Ona görə də hələ ki, fürsətin var, əməllərinə diqqət et və bax gör ayaq basdığın yerin üzərində hansı əməlləri yerinə yetirirsən.

İnsan əgər fərqinə varsa ki, onun əməllərinə nazir olan məxluqlardan biri də yerdir – o zaman daha az günah edər və nə etdiklərinə diqqət göstərər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031