Şeytan (lən) insana necə hakim ola bilir?
Mьəllif: admin1
Tarix: 9-01-2021, 22:06
Şeytan (lən) insana necə hakim ola bilir?
Şeytan (lən) insanlara hakim olmaq üçün çox dəqiq hərəkət edir. Öz hədəfinə çatmaq yolunda çox diqqətli və səbirlidir.

İnsan o zaman yolunu azar ki, Allahın buyurduğu yoldan çıxar. Hər kim haqq yolundan azar – şübhəsiz ki, yanlış yollara gedər və şeytan (lən) da bu insana hakim olar.

Quranın nəzərinə görə, insanın haqq yolundan çıxmasının əsil səbəbi – bəndəlikdən uzaqlaşmasıdır. Hər kim İlahi vilayətdən uzaq olar – şeytanın rəhbərliyini qəbul edər.

“Şeytanın addımlarına tabe olmayın ki, o, sizin aşkar düşməninizdir”. (“Bəqərə” 168).

Baxmayaraq ki, Allah Təala şeytanı (lən) düşmən adlandırır, ancaq qafil insanlar şeytanı özlərinə dost seçirlər. Bu yolla ziyankarlardan olurlar.

“Onun hökmranlığı (və əmri) ancaq onu dost və başçı tutan kəslər və Allaha şərik qoşanlar üzərində (keçərli)dir”. (“Nəhl” 100).

Şeytanın (lən) əsil işi – vəsvəsədir. O, insanı vəsvəsə edərək yolundan azdırar.

“(Qiyamət günü) iş tamam olduqda(n və cəhənnəmliklər öz yerlərini tutduqdan sonra böyük) şeytan (və birinci iblis bütün cəhənnəm əhlinə xitab edərək) deyər:

«Həqiqətən, Allah sizə haqq vəd verdi (onların hamısı gerçəkləşdi). Və mən sizə vəd verdim və vədimə xilaf çıxdım (heç biri həyata keçmədi).

Mənim (dünyada) sizin üzərinizdə, sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi və siz (də) mənim dəvətimi qəbul etdiniz.

Odur ki, məni məzəmmət etməyin, özünüzü məzəmmət edin. İndi nə mən sizin dadınıza yetişənəm və nə (də) siz mənim dadıma yetişənsiniz.

Mən bundan qabaq məni itaətdə Allaha şərik qoşmağınıza kafirəm. Həqiqətən, zalımlar üçün ağrılı bir əzab vardır»”. (“İbrahim” 22).

Şeytan (lən) vəsvəsə etməklə yanaşı, öz yardımçılarından da istifadə edir. Bu, o insanlardır ki, əvvəlcədən şeytana tabe olmuşdular.

Bu insanlar da başqalarını şeytan kimi vəsvəsə edər və onları haqq yolundan azdırarlar. Onları şeytanın rəhbərliyinə tərəf dəvət edərlər.

Hər kim şeytanla mübarizə aparmaq istəyirsə, gərək birinci öz düşmənini tanısın. Təbiidir ki, o zamana qədər ki, insan düşmənini tanımaz, onunla mübarizə apara bilməz.

Ona görə də qafil insanın görməli olduğu ilk iş budur ki, qəflətdən ayılsın və düşməninin kim olduğunu araşdırsın. Ondan sonra haqqı batildən ayırmağa çalışsın.

Şeytanın deyil, Allahın buyurduqlarına əməl etsin. Şeytan – istər İblis olsun, istərsə də şeytan cildində olan insan – bunların hamısı düşməndir.

Ona görə də ilk addım – düşməni tanımaq və ikinci addım isə onunla mübarizə aparmaqdır. Yəni, düşmən nə deyərsə, onun əksini yerinə yetirsən, onunla mübarizə aparmış olarsan.

Hər kim şeytanla mübarizə aparar – əmmarə nəfsinə qalib gələr və Allahın buyurduqlarına üz tutar.

Belə insan şeytanın rəhbərliyindən çıxar və özünü haqq yoluna çatdırar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930