Qəlb riqqəti nədir? Necə əldə etmək olar?
Mьəllif: admin1
Tarix: 8-01-2021, 18:47
Qəlb riqqəti nədir? Necə əldə etmək olar?

Ayətullah Cavadi Amuli buyurur: “Qəlb riqqəti vardır və zəif qəlb vardır. Mümkündür ki, kimsə desin ki, mən ömrümdə bir qoyunun başının necə kəsildiyini görməmişəm. Bu qəlb riqqəti deyildir, bəlkə nəfsin zəif olmasıdır.

Çünki o kəs ki, deyər mən bir qoyunun başının kəsilməsini görməyə taqətim yoxdur, ancaq kabab yeyən zaman kababın iyinin yoxsullara çatmasından etinasızdır. Qəlbi bu işlər üçün titrəmir. Onları düşünmür.

Qəlb riqqəti – o fəzilətli insani sifətlərdəndir ki, nəfs zəif olan zaman fəzilət sayılmaz. O insan ki, Allahın əmri ilə yoxsul insanlara xidmət edər, qəlb riqqətinə malik olar. O şey ki, dini göstərişlərdən uzaqdır – qəlb riqqəti deyildir, bəlkə nəfsin zəif olmasıdır.

Qəlb riqqəti odur ki, insan yoxsulu görən zaman həqiqətən də qəlbi titrəsin. O zaman ki, Qiyamətdən və cəhənnəmdən danışarlar – təsirlənsin. Buna deyirlər qəlb riqqəti. Qəlb riqqətinə malik olmağın yolu isə günah etməməkdir.

İmam Əli (ə) buyurur: “Gözlər qurumağa düçar olmaz – məgər qəlb qəsavətinin təsirindən. Qəlb qəsavətə düçar olmaz – məgər çoxlu günahın təsirindən”".

(Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən)


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930